azia.az
azia.az

Şuşaya maşınla gedənlər 150 AZN cərimələnə BİLƏR...- DİQQƏT/Video

Bu gün, 10:45

Şuşa şəhərində yol hərəkətinin təşkili ilə bağlı dəyişiklik edilib.

Azia.az oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı videogörüntülər yayılıb.


Bildirilib ki, Şuşa qalasının qarşısından keçən avtomobil yolunda hərəkət artıq birtərəfli qaydada təşkil olunub. Ərazidə sürücülərin hərəkətinə nəzarət məqsədilə xüsusi müşahidə kameraları da quraşdırılıb.

Qeyd edilib ki, müəyyən olunan hərəkət qaydalarını pozan sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar.

Belə ki, əks istiqamətdə hərəkət edən sürücülər 4 cərimə balı və 150 manat məbləğində cərimə ilə üzləşə bilərlər.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi