azia.az
azia.az

Küçələrə 772 min manat AYRILDI-QAXDA...

Bu gün, 08:52

Qax Rayon İcra Hakimiyyəti şəhərin infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihəyə start verir.

32gun.az xəbər verir ki, rayon rəhbərliyi Qax şəhərinin küçələrində yol və səkilərin əsaslı təmiri ilə bağlı açıq tender elan edib.

Elan olunmuş satınalma prosedurunda işlərin ehtimal olunan qiyməti 771 794,00 AZN məbləğində müəyyən edilib. Layihə çərçivəsində şəhər mərkəzindəki əsas küçələrin asfalt örtüyünün yenilənməsi, piyadaların hərəkət rahatlığı üçün səkilərin əsaslı təmiri nəzərdə tutulur.

Xatırladaq ki, ötən ilin noyabr ayından Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Elvin Paşayev təyin olunub.

Ayaz 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi