Oğuzda ağac kəsilməsinə görə cinayət işi başlanıldı
Oğuz rayonunun Padar kəndində qovaq növündən olan ağacların kəsilməsi və təbiətə 6 min manatdan artıq maddi ziyan vurulması ilə bağlı istintaq araşdırmaları aparılır.
Xəbər verilir ki, DİN-in Mətbuat xidmətinin yaydığı məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 51 yaşlı İlkin Mustafayev saxlanılıb.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.