azia.az
azia.az

Gəncədə orta məktəb şagirdləri GÖRÜN NƏDƏN zəhərləniblər-XƏBƏRDARLIQ

10-12-2025, 08:26

Gəncədə orta məktəb şagirdləri arasında zəhərlənmə faktı qeydə alınıb.

Azia.az APA-nın yerli bürosuna istinadən məlumat verir ki, Gəncə şəhəri, M. Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri yedikləri dönərdən zəhərləniblər.

7 nəfər şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi