azia.az
azia.az

Xaçmaz rayonu Qarabağlı kəndində qanunsuz ağac kəsintisi faktı aşkar edilib.

Bu gün, 00:24

Xaçmaz rayonu Qarabağlı kəndində qanunsuz ağac kəsintisi faktı aşkar edilib.

Bu barədə Ölkə.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən daxil olan məlumatda bildirilir.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı ağacların Qarabağlı kənd sakini Qafar Ağayevə məxsus pay torpağının kənarında kəsildiyi müəyyən olunub.

Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi