azia.az
azia.az

Gədəbəyin icra başçısı Orxan Mürsəlov məhkəməyə verildi

28-01-2025, 12:23

Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş işçisi Amid Hüseynzadə qurumu məhkəməyə verib.

Azia.az bloqu Qaynarinfo-ya istinadən  məlumat verir ki,  Amid Hüseynzadə bir müddət əvvəl işdən çıxarılıb. Lakin o rəhbərliyin qərarı ilə razılaşmayaraq işə bərpa tələbi ilə məhkəməyə üz tutub.

Amid Hüseynzadənin iddiasına Gəncə İnzibati Məhkəməsində baxılır. Mayın 13-nə iş üzrə şifahi məhkəmə baxış iclası təyin edilib.

İslas hakim Leyla Əliyevanın sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, 2022-ci ildən Gədəbəy rayon icra hakimiyyətinin başçısı Orxan Mürsəlovdur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi