FHN-dən zəlzələ ilə bağlı AÇIQLAMA: "Dağıntı və xəsarət..."
Fövqəladə Hallar Nazirliyi Laçında baş verən zəlzələ barədə məlumat yayıb.
Nazirlikdən Sfera.az-a bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək FHN-ə məlumat daxil olmayıb.
Qeyd edək ki, Ermənistanın Daxili İşlər Nazirliyi də Azərbaycanda baş verən zəlzələ barədə məlumat yayıb. Məlumata görə, zəlzələ Azərbaycanla həmsərhəd olan Gorus, Mehri, Qafan və daha bir neçə yaşayış məntəqəsində hiss olunub.