Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru buna görə işdən azad edildi
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Faiq Abdullayev tutduğu vəzifəsindən azad edilib.
Xəbər verilir ki, F.Abdullayev bu vəzifəyə 2022-ci ildə təyin edilmişdi.
TƏBİB-dən "Report"a verilən məlumata görə, Mingəçevir Şəhər Xəstəxanasının direktoru əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar tutduğu vəzifədən azad olunub.