azia.az
azia.az

Ticarət mərkəzində güclü yanğın başlayıb- VİDEO + FOTOLAR

6-10-2023, 17:02

Masallı şəhərində yerləşən və “Köhnə bazar” adı ilə tanınan ticarət mərkəzində güclü yanğın başlayıb.

 

Sfera.az xəbər verir ki, hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.

 

FHN yanğınla bağlı məlumat yayıb. Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

 

Əlavə məlumat veriləcək.

 

 




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi