azia.az
azia.az

Astarada təbiətə 102 min manatlıq ziyan vuran şəxsə elektron qolbaq taxıldı

3-10-2023, 09:04

Astara Rayon Məhkəməsində qanunsuz ağac kəsmədə təqsirləndirilən Camal Qarayevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub. İttihama görə, Astara rayon sakini, 1995-ci il təvəllüdlü Camal Qarayev 2022-ci ilin sentyabr ayında, ayrı-ayrı vaxtlarda vahid niyyətlə rayonun Səlivə kəndi ərazisində, rayonun Şüvi bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsində meşə fonduna daxil olmayan 4 ədəd kökü üstə yaş halda “azat” cinsindən olan ağacları kökündən çıxarıb. Eyni zamanda o, 36 ədəd kökü üstə yaş halda “azat” cinsindən olan ağacları balta ilə qanunsuz kəsib. Beləliklə, Camal ümumilikdə 40 ədəd “azat” cinsindən olan ağacları kökündən çıxarmaqla və kəsməklə, təbiətə dəymiş ziyan 5110 manat olduğundan və kəsilmiş ağaclar qanunla təbiətə külli miqdarda, yəni 102 200 manat məbləğində ziyan vurub.

 

Kamal Məmmədov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi