azia.az
azia.az

44 günlük Vətən müharibəsinin qazisi özünə qəsd etdi-Vəziyyəti ağırdır

3-04-2023, 08:14

İkinci Qarabağ Müharibəsi qazisi sirkə turşusu içərək özünü zəhərləyib, vəziyyəti ağırdır.

Busaat.az xəbər verir ki, Şəmkirdə zəhərlənmə faktı qeydə alınıb.Tovuz rayon sakini 2001-ci il təvəllüdlü Elnur Məmmədov zəhərlənmə diaqnozu ilə Şəmkir rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Dərhal xəstəyə ilkin tibbi yardım göstərilib. 22 yaşlı gəncin vəziyyəti ağır olduğundan Bakıda yerləşən tibb müəssisələrin birinə aparılır.

Qeyd edək ki E.Məmmədov sirkə turşusu içərək özünü zəhərləyib, onun hansı səbəbdən bu addımı atması məlum deyil. Elnur Məmmədov 44 günlük vətən müharibəsinin qazisidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi