azia.az
azia.az

TƏRTƏR TƏHSİLİNİ VİRAN QOYAN SURXAY MİRZƏYEVİN TALANÇILIQ SİYASƏTİ - FAKT

22-02-2017, 18:39

TƏRTƏR TƏHSİLİNİ VİRAN QOYAN SURXAY MİRZƏYEVİN TALANÇILIQ SİYASƏTİ - FAKT

Tərtər rayon Təhsil şöbəsində baş verən qanunsuzluqlarla bağlı dəfələrlə media qurumlarında yer alan yazılardan da məlum olur ki, burada təhsil sıfır dərəcəsində və rüşvətin tüğyan nöktəsidir.

Keçən yazımızda RTŞ-nin müdiri Surxay Mirzəyevin Korrupsiyada araşdırılmasının aparılması ilə bağlı məlumat vermişdik. İki dəfə Korrupsiyaya dəvət edilən Surxay Mirzəyev bu günə qədər əməllərində əl çəkməməkdədir. Korrupsiya binasından çıxaraq rayona qədəm qoyan Surxay Mirzəyev yenidən məktəb direktorlarından rüşvət yığmış və bu rüşvətində nazirlik tərəfindən tələb edildiyini bildirilməkdədir.

Azad Qaraqoyunlu kənd məktəbinin direktoru Elmira Hüseynova hətta Surxay Mirzəyevin müdafiəsinə qalxıb və bildirdiyi münasibəti inkar edərək bizi şantaj edəcəyini də vurğulamışdır. Qeyd edək ki, Elmira Hüseynovadan şikayətlə bağlı M.Seyidov münasibəti öyrənməsinə baxmayaraq, RTŞ-nin müdiri Surxay Mirzəyevlə əlaqə saxlayan xanım jurnalist olmuşdur. E.Hüseynova isə nəyin ki saytın rəhbərini hətta xanımın nömrəsinə zəng edərək onuda hədələməkdən çəkinməmişdir. Burdanda məlum olur ki, E.Hüseynovanın redaksiyamızla qarşı-qarşıya gəlməsinin arxasında məhs RTŞ-nin müdiri S.Mirzəyevin olduğu E.Hüseynovaya xanım jurnalistin nömrəsinidə məhs o vermişdir.

Əsərin qəhrəmanı sayılan S.Mirzəyev yenidən qanunsuz əməllərinə davam etməkdədir. Tərtər Şəhər 1 saylı tam orta məktəbin direktoru Nəcibə Teymur qızı Muradovanın qanunsuz olaraq işdən azad edilməsi kimlərin maraqlarına quluq edib...?

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə əsasən qərara alır:

1. Aşağıdakı məzmunda 10-1-ci maddə əlavə edilsin:
“Maddə 10-1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə
çalışmanın yaş həddi


10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.

10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 may 2011-ci il.


Ölkə başçısının imzaladığı qanuna baxmayaraq Surxay Mirzəyev şəxsi maraqlarına xidmət edərək, qanunları tanımamışdır. Qanunları tanımadığı kimi də 127 müəllim heyyəti, 859 şagirdi olan bir məktəbi neçə müddətdir rəhbərsiz qoymuşdur.
Etibarlı mənbə bildirir ki, Surxay Mirzəyev Nəcibə xanımı işdən çıxarma səbəbi özünün Korrupsiyada törətdiyi əməllərini demək olar ki, tam şəkildə subuta yetirilmiş olduğunu düşünüb və RTŞ müdir vəzifəsində qala bilməyəcəyi qərarlaşdırıb. Nəcibə Muradovanı direktor vəzifəsində qanunsuz saxladığı azmış kimi, xanım müəllimənin onun barəsində danışmayacağını düşünən S.Mirzəyev gələcəkdə işsiz qalmamasına zəmin yaratdıqın düşünüb.

Məlumatda qeyd edilir ki, Korrupsiyadan buraxılan günün səhəri Nəcibə xanımı TŞ-nə çağıraraq ondan yuxarının tələbidir deyə pul tələb edib. Məbləğ nə az, nə çox 7-8 min manat civarında olub. Bunun nədən ötəri istənildiyi soruşan xanıma cavab isə 65 yaşın tamam olub səni direktor kimi saxlaya bilmirəm deyərək pulu almış və işdən azad etdiyi bildirilməkdədir. Bütün bunların nə qədər dolğun informasiya olduğunu deyə bilməsəkdə son zaman cərəyan edən Tərtər təhsilindəki qanun pozuntularının aidiyyatı qurumlar tərəfindən araşdırıması bitdikdən sonra məlum olacaqdır.
TƏRTƏR TƏHSİLİNİ VİRAN QOYAN SURXAY MİRZƏYEVİN TALANÇILIQ SİYASƏTİ - FAKT

Şəhər 1 saylı tam orta məktəbin direktoru Nəcibə xanımın Surxay Mirzəyev tərəfindən 4 aydan artıq müddət qeyri-qanuni işdə saxlaması və heç bir əmr vermədən işinə son verməsi müəmması qaranlıq məqamlara işıq salmaqdadır.

Bəlkə də Elmira xanımın öyrədilərək bizi hədələməsinə bənzər bir hədə yenidən gələcək şəki şüpəsiz belə olacaqdır. Bütün bu məsələlər yalandırsa bəs o zaman hanı məktəbin direktoru...? Surxay Mirzəyev müqaviləsiz 4 aydan artıq işdə saxladığı direktor xanıma maaş verib budamı yalandır görəsən..?. Dövlət büdcəsindən etdiyi talançılıq siyasətinə don geyindirməyə çalışan RTŞ müdiri hələdə kreslosunu qucaqlayaraq heç kəsə vermək istəmir.

Bu sizcə dövlət büdcəsinin talançılıq prinsiplərinə məxsus deyilmi, deyilsə nədir...?
Biz buna talan deyirik siz hansı adı verirsiz hörmətli nazir MİKAYIL CABBAROV cənabları...?

Şəhər və ya rayonlarda təhsilimizin günü-gündən rüşvətlə məhv olmasını izləyə bilmirik. Buna görədə təhsilimizdə olan bütün neqativləri rəhbərlərə çatdırmağı özümüzə borc bilirik. Sizində bunlara qarşı tədbir görmənizi xahiş edirik cənab NAZİR MİKAYIL CABBAROV.

Sakit Muradlı
azia.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi