Tərtər təhsilində Surxay Mirzəyev və Şəhla Manafova TENDEMİ
Tərtər rayon 1 saylı məktəb kreslo davası başlayıb. Məlumdu ki, neçə aydır 1 saylı şəhər məktəbi özünə direktor tapa bilməsədə artıq kreslo uğrunda mübarizə aparanlar üzə çıxıb. Deyilənə görə hər iki şəxs ayrı ayrılıqda icra başçısını da görüb əlini sıxıblar. Başçının əli elə sıxılıb ki, hələdə iki namizədin seçimində var-gəl etməkdədi deyən bir neçə valideyn məktəbin başsız qalmağından narahat olduqlarını bildirib.
Şikayətçilər Surxay Mirzəyevin qanunsuz əməllərindən təngə gəldiklərini, rayon təhsilinin iflic durumda olduğunu bildirir. Amma buna baxmayaraq RTŞ Həmkarların sədri Şəhla Manafova Surxay Mirzəyevə dəstək verərək onun vəzifədə qalmasına köməklik edir. Bu yardımın edilməsi məqsədi isə başqa amildir. Çünki, S.Mirzəyevin necə illərdir ki ail qurmamasının sirrləri elə dostluq münasibətlərinə bağlıdı bildirən şikayətçilər, ciddi məqamları da bizə yazıblar. Ancaq etiq normalar xətrinə bu mövzunu tam şəkildə açıqlığı ilə qeyd edə bilmirik- (redaksiya)
Bundan başqa Azad Qaraqoyunlu və Evoğlu məktəblərində aparılan yoxlamaların nəticələri indiyə qədər gizli saxlanılır. Azad Qaraqoyunlu kəndində aparılan yoxlamaların nəticələri digərləri kimi Surxay Mirzəyevə sərf etmədiyi üçün gizlədilir. Alınan külli miqdarda rüşvət rayon təhsilinin anasını ağlar qoyub. Redaksiyamıza verilən informasiyaya görə 1 sayılı şəhər məktəbinin director namizədliyi açıq satışa çıxarılıb. Misal üçün:
Direktorluğa verilən namizədlərin həmin kreslo üçün təklif edilən məbləğləri redaksiyamıza etibarlı mənbələrdən bildirilib.
Nürəddin – Tərtər rayon Seyidimli kənd tam orta məktəbinin direktoru - şəhər meri Sahibin əmisi oğludur. Etiq davranış qaydalarına əməl etməyən şəxs olduğu qeyd edilməkdədir. Amma əmisi oğluna və maddi imkanına görə o vəzifəni tutmaq üçün çalışır. (Posta yiyələnmək üçün təklif “35000 manat”)
Nəcibə Muradova - Şəhər 1 saylı məktəbin sabiq direktorudur. 66 yaşında rüşvət alındıqdan dərhal sonra işdən azad edilib hal-hazırda həmin posta yenidən qayıtmaq istəyir. (Posta yiyələnmək üçün təklif “10000 manat”)
Gülarə - Şəhər 2 saylı məktəbin direktorudur. Həyat yoldaşı Natiq regiolnal maliyyə idarəsində baş mühasibdi və təhsil nazirliyində və icra hakimiyyətində söz sahibidir. (Posta yiyələnmək üçün təklif “15000 manat”)
Yaşar Məhərrəmov.- Uzun müddət evoğlu kənd orta məktəbində direktor olmuş. Surxay Mirzəyevlə şəxsi ədavəti olduğu üçün direktorluqdan kənarlaşdırılmış. 2016-cı ildə imtahan yolu ilə sarıcalı məktəbinə direktor təyin olunmuş rayonun başı dolu cibi boş direktoru olduğu üçün onu həmin məktəbin direktoru olmaq şanası belə yoxdur. (Posta yiyələnmək üçün təklif “0” manat)
Şəhər 1 saylı məktəbin psixoloqu Yaqubzadə Kəmalə İmran qızı – “Azəryolservizin” rəhbər Saleh Məmmədovun dəstəyi ilə direktorluğa iddialıdır və onun adamının qarşısında müdür də başçı da acız olduğu qeyd edilir.
Yuxarıda qeyd edilən rəqəmlər təhsil şöbəsinin kalidor və kabinetlərində gedən söhbətlərin güzgüsüdür. Surxay Mirzəyevin özünün yaxınlarda işdən azad olunacağı gözlənildiyi üçün məktəbi özünə saxlayır ki, rayon başçısının və nazirlikdəki havadarlarının əli ilə direktorluq vəzifəsində qala bilmək üçün məqam gözləyir.
Vətəndaşların verdikləri məlumatda onuda bildiriblər ki, fevralın 12-də 1 saylı şəhər məktəbində keçirilən sınaq imtahanlardan hər şagirdən 6 manatdan pul yığaraq “Bərdə hazırlıq kursu”nun rəhbəri ilə əlbir olmaqdan belə çəkinilməyib. Verilən məlumata görə, “Bərdə hazırlıq kursu”nun Tərtərdə keçirilən sınaq imtahan adı altında Surxay əfəndi onların rəhbərləri ilə anlaşaraq 729 tələbədən pulları yığaraq şərik olub. Rüşvəti isə təhsil nazirliyinin göstərişi olduğunu redaksiyamızın əməkdaşına bilə vasitə Surxay Mirzəyevin şəxsən özü bildirib. Əməkdaşımız S.Mirzəyevə Nazirliyin belə bir qərarı olmadığını bildirməsinə baxmayaraq o israrla nazirliyi ittiham edib. Təhsil Nazirliyi tərəfindən keçirilən hər bir sınaq imtahan nəticələri şagirdlərin qiymət cədvəlinə təhsirsiz ötüşə bilmədiyidə aşikardır. Keçirilən sınaq imtahanlarının nəticələri hansı məktəbin sinif jurnalarına işlədilibsə buyurub təqdim etsinlər. Bu məsələdə nazirlik haqsız yerə ittiham edildiyidə məlumdur.
Rüşvətin yığılmasına baxmayaraq sınaq imtahanlarına girən Azad Qaraqoyunlu kənd orta məktəbində bir şagir belə sınaqdan keçə bilməyib. Azad Qaraqoyunlu kənd məktəbində 8-ci sinif şagirdlərinin biri belə riyaziyyat fənnindən qiymət ala bilməyib. Elmira xanım isə məktəblərindən danışanda bizim müəllimlər savadlı kadrlar yetişdirir gələcəyə deyə fəxrlə qeydlər edirdi. Məktəbin qəzalı olması təhsilimizə maniələr yaratmadığını deyən xanım direktor buna hansı açıqlama ilə yanaşacağı maraqlıdır.
azia.az