Tərtər rayon Təhsil Şöbəsindən BakuNews.az-a növbəti zəng daxil olub. 26.02.2017-ci il tarixində tərəfimizdən dərc edilən “Tərtər təhsilində Surxay Mirzəyev və Şəhla Manafova TANDEMİ” adlı məlumatla əlaqədar rayonun Sarıcalı kənd məktəbinin direktorunun hədə-qorxu və şantajla müşayiət edilən zənginə qulaq müsafirliyi etmiş olduq. Məktəb direktoru Yaşar Məhərrəmov barəsində bilgilərimizi yazmaq görünür əks tərəfi öz orbitindən çıxarmış və nəticədə hədə-qorxu formatına keçməyə məcbur edib. “Yaşar Məhərrəmov Evoğlu kənd orta məktəbində direktor kimi çalışmış RTŞ-nin müdiri Surxay Mirzəyevlə şəxsi ədavətinə görə direktorluqdan kənarlaşdırılıb. 2016-cı ildə imtahan yolu ilə Sarıcalı kənd məktəbinə direktor təyin olunsa da, ona bu şansı tanımayıblar”.
Redaksiyanın xanım əməkdaşlarından birinə 27.02.2017-ci il tarixdə saat 23:35 raddələrində zəng edən Yaşar Məhərrəmov əsəblərini cilovlamadan, hər hansı etik qaydalara əməl etməyib. Jurnalist xanımın peşəkarlığı nəticəsində öz orbitinə dönən direktora məlumata münasibət bildirmək hüququ olduğu xatırladılıb. Təxminən10 dəqiqə sonra yenidən zəng edən direktor məqalədə göstərilən məsələlərə münasibət bildirmək istədiyini qeyd edib. Əvvəlkindən fərqli mövqeyi sözsüz ki, bizi də düşünməyə vadar etdi. Çox çəkmədi ki, məlum oldu: Surxay Mirzəyev özünü media vasitəsilə məsum göstərmək istəyib. Və o da məlum oldu ki, planın müəllifi Sarıcalı kənd məktəbinin direktoru Y.Məhərrəmovdur. Elmira Hüseynova və Yaşar Məhərrəmov sadəcə Surxay Mirzəyevin məqsədlərinin icraçısıdırlar. Y.Məhərrəmovla jurnalistin telefon söhbətini olduğu kimi təqdim edirik:
- Yaşar müəllim düzdürmü siz 1 saylı şəhər məktəbinə direktor namizədləri arasındasınız?
- Hər bir müəllim, tanınmış şəxslər və qəhrəmanlar məzun edən məktəbə rəhbərlik etmək istəyər, məndə istəyirəm, burada qəbahətli nə var ki?
- Redaksiyaya daxil olan məlumata əsasən Surxay Mirzəyevlə iki ildən artıq davam edən ədavətiniz var. Evoğlu kənd məktəbindən S.Mirzəyevin sizi işdən azad etməsinin səbəbi nə idi?
- Mənim Evoğlu kənd məktəbindən işimə son verilərkən RTŞ-nin müdiri S.Mirzəyev deyildi. Bu birmənalı olaraq yalandır.
- Sualımızdakı əsas məqamdan danışmadınız, S.Mirzəyevlə ədavətinizin səbəbi nədir?
- Hər bir sahədə çalışanlar arasında mübahisələr olur. S.Mirzəyevlə mənim aramda da müəyyən fikir ayrılığı olub. Hətta bir müddət bu inciklik davam edib. Amma hal-hazırda barışmışıq.
- Surxay Mirzəyev sizi 1 saylı şəhər məktəbinə direktor təyin etmək üçün rüşvət istəyibmi?
- Xeyir belə bir şey olmayıb. Sarıcalı kənd məktəbinə direktor təyin ediləndə cəmi 30 manat xərcim çıxıb. Onun 16 manatı yol, yerdə qalan 14 manat isə yemək xərcim olub. Hər şeyə öz savadımla, bacarığımla nail olmuşam. Kim hər hansı məktəbə direktor təyin olunmaq üçün rüşvət istənildiyini deyirsə, bu təbii ki, yalandır. Mən direktor olmaq üçün Təhsil Nazirliyində imtahan vermişəm.
- Bəs o zaman niyə sizi 1 saylı şəhər məktəbinə direktor təyin etmirlər? Məlumatı verən mənbə Nurəddin müəllimin həmin posta təyin olunmağı üçün 35 min manat təklif etdiyi iddia edilir. Bu qədər məbləğə imtahan harda verilir?
- Nurəddin müəllimin kimə nə təklif edib-etmədiyini mən bilə bilmərəm. O ki qaldı mənim həmin məktəbə direktor təyinatıma, onuda sözsüz ki, nazirlik və rayon təhsil şöbəsinin rəhbərliyi müəyyən edəcək. Əgər məni həmin məktəbin rəhbərliyinə layiq görsələr sözsüz ki, təyinatım üzrə fəaliyyətimi davam etdirəcəm. Əslində Y.Məhərrəmovun səmimiyyətdən uzaq olan müsahibəsini çap etməkdə məqsədimiz var.
Mənbədən əldə etdiymiz məlumatların hamısının təkzib etməyə cəhd edən müəllim əslində həmkarı Elmira xanımla birlikdə Surxay Mirzəyevin diqtəsi ilə hərəkət edirlər. Onlar üçün jurnalistin peşə fəaliyyətinə mane olmaq, hədə - qorxu gəlmək sıradan bir işdir. Əgər dediyiniz kimi rayon təhsilində hər iş və münasibətlər öz qaydasındadırsa, o təqdirdə nədən 1 saylı şəhər məktəbinə direktor təyin olunmaq arzunuz reallaşmır?
Saytın Baş redaktoru Mirkənan Seyidovun yazdığı “Başı dolu, cibi boş direktor” adlı məlumatda maraqlı sual var idi: əgər pulunuz yoxdursa nədən məktəb direktoru təyin olunmaq üçün aday olmusunuz? Axı o təhsil müəssisəsinə rəhbərlik etmək istəyənlərin əksəriyyətinin həm pulları, həm də yuxarıda “adamları” var. Müsahibimiz Tərtər rayonundakı təhsilə münasibəti bilərəkdən elə təqdim edir ki, insan özünü bir anlıq Avropada hiss edir.
Müsahibə zamanı Y.Məhərrəmov özünü nə qədər təmkinli aparmağa çalışsa da sonda gözlənilən partlama baş verdi.
Bildirdi ki, “mənimlə bağlı yazdığınız cümləni sizə kim diqtə edib? Heç olmazsa “Sıfır”ın əvəzinə 10 manatlıq çay süfrəsi yazsaydınız olmazdımı? Rayonun müəllim kollektivi arasında sıfır manat təklif edən direktor kimi nədən məni biabır etmisiniz? Ən azından çay qonaqlığı verməyə gücüm çatır axı. Siz məni haqqımda dərc etdiyiniz məqalədə sadəcə alcaltmısınız.
Xanım əməkdaşımız yazının müəllifinin Baş redaktor Mirkənan Seyidov olduğu üçün müdaxilə imkanlarının olmadığını bildirməsi direktoru yenidən qəzəbləndirib. Bir müddət öncə “səmimiyyətlə” müsahibə verən müəllimin yenidən əvvəlki məcrasına dönməsi gəldiyimiz qənaətin səhv olmadığını bir daha təsdiq edir. Y.Məhərrəmov bir şeyi anlamaqda çətinlik çəkir diyəsən. Əsil müəllimin cibi boş başı dolu olmalıdır. Müəllimə başına görə rəğbət bəslənildiyini qətiyən unutmamq gərəkdir cənab Yaşar müəllim!
Amma Yaşar bəyin kimə bənzədilmək istədiyini arzusunu anlaya bilmədik, RTŞ-nin müdiri Surxay Mirzəyevə yoxsa həmkar direktoru 35 minlik Nürəddinə mi? Bax bu məqamda artıq çaşqınlıq yarandı ki, həqiqətdə ataların gözəl misalı yada düşür “koluqda nə gəzirsən ki vuralarda qılçan sına“
Mövzuya qayıdacağıq.
Redaksiyadan: Yazıda adı çəkilən qurum və ya şəxslərin də mövqelərini dərc etməyə hazırıq..
BakuNeWs.az
Növbəti yazılarımızda:
Şəhər merinin qohumu Nürəddin müəllim direktor təyinatı üçün 35000 nəyə görə təklif edib...?
Məktəb direktoru 400-450 manat arası məvacibə görə, 35000 manat niyə ödəmək istəyir...?
Hətda bu 35000 manatı hardan alıb ödəmək qərarına gəlib bir məmurun 35 min manat büdcəsində hardandır...?