azia.az
azia.az

Xaçmazda sahibkarlar üçün maarifləndirmə tədbiri

2-02-2023, 18:41


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti   regionlarda fəaliyyət göstərən sahibkarlarla istehlakçı hüquqlarının müdafiəsi sahəsində görüşlərin keçirilməsini davam etdirir. Növbəti belə görüş Xaçmaz şəhərində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla təşkil edilib. 

Görüşdə  Dövlət Xidmətinə daxil olan istehlakçı müraciətləri ilə bağlı müzakirələr aparılıb. Sahibkarlara, həmçinin istehlak bazarında nəzarət sahələri və aparılan nəzarət tədbirləri barədə məlumat verilib, istehlakçı məmnuniyyəti və istehlakçı hüquqlarının təmin edilməsinin vacibliyi vurğulanıb. Sahibkarlar qüsurlu mallara və qüsurlu xidmətlərə görə istehlakçının hüquqları, zəmanət öhdəlikləri,ərzaq mallarının satışına dair tələblər, servis və ya əlavə xidmət haqqı, malın dəyişdirilməsi və ya qaytarılması qaydaları barədə məlumatlandırılıb.

Qeyd edək ki, bundan əvvəl Gəncə, Cəlilabad və Şamaxı şəhərlərində də sahibkarlarla  belə görüşlər keçirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi