azia.az
azia.az

Ata boşanan qızını kürəkəninə ərə verdi – Azərbaycanda ŞOK olay - FOTO

15-09-2022, 20:18



 Bununla bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat paylaşıb.



“Yardımlı rayonundan qadın ayaqyalın Bakıya gəlib. Demək, qadın 3 il evli olub, sonra ayrılıb və atasının evinə gəlib. Ata qızını bir müddət saxladıqdan sonra digər qızının evli olduğu şəxsə ərə vermək istəyib.


Evləndirmək istədiyi şəxs isə Yardımlı rayon Alvana kənd məktəbinin direktoru vəzifəsində çalışır. Ata qızına bildirib ki, bacın məktəb direktoru ilə evlidir, ona yaxşı baxır. Sənə də yaxşı baxacaq, imkanı yaxşıdır, sən də onunla evlənməlisən. Məktəb direktoru qıza məcburi kəbin kəsdirib. Qızın boynundakı kəlağayı ilə onu boğaraq, "Səninlə kəbin üçün 40 manat vermişəm mən"deyərək evinə aparmaq istəyib.


Yardımlı rayon polisinin şöbəsinin əməkdaşı ataya və qızın qardaşına qızın sığınacaqda olduğunu və qızı orada tapa biləcəkləri barədə məlumatlar verib. Hazırda qadının atası və qardaşı onun evə qayıtması üçün təzyiqlər edirlər”, - deyə Mehriban Zeynalova bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi