azia.az
azia.az

Bərdədə baş verən dəhşətli qətlin TƏFƏRRÜATI

20-06-2022, 08:16

Bərdədə baş verən dəhşətli qətlin TƏFƏRRÜATI
Bərdədə qonşusunu tüfənglə öldürən kişi daha sonra özünü güllələyib. Hadisənin onlar mübahisə etdikdən sonra baş verdiyi bildirilir.



Bərdə sakini qonşusunu qətlə yetirdikdən sonra intihar edib... hadisə bu gün rayonun Şatırlı kəndində baş verib.



Kənd sakini, 59 yaşlı Namiq Hüseynov qonşusu 34 yaşlı Anar Hüseynovu kənara çagırıb və orada mübahisə edib. Bu zaman Namiq Anarı güllələyib. Anar Hüseynov hadisə yerində ölüb. Daha sonra Namiq Hüseynov təxminən 15 - 20 metr aralıda tüfənglə qəfil özünə atəş açıb. O da hadisə yerində ölüb.



Anarın valideynləri iddia edir ki, oğlu Namiqin bir qadınla münasibətdə olduğunu bilrmiş, ona görə o, Anarı güllələyib.



Valideynlərin bu iddiasına Namiq Hüseynovun ailəsindən münasibət öyrənmək istəsək də cavab bildirmədilər. Dəqiq səbəblər hüquq-mühafizə orqanlarının apardığı araşdırmalardan solnra bəlli olacaq. Hazırda faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi