10 nəfər dönərdən ZƏHƏRLƏNDİ
Şəmkirdə kütləvi zəhərlənmə qeydə alınıb. Məlumat verilir ki, hadisə rayonun 5-ci küçəsində yerləşən “Mahmud” dönər satışı məntəqəsində qeydə alınlb. Belə ki, 2 uşaq olmaqla 10-a yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, dərhal onlara yadım göstərilib. Vəziyyətlərinin kafi olduğu bildirilir.
Zəhərlənən şəxslərin sözlərinə görə, onlar dönər yedikdən sonra özlərini pis hiss ediblər. Hazırda fakt araşdırılır.