azia.az
azia.az

Bərdədə üzücü olay: Qızlarına toy edib evə qayıdan ailə ŞOK yaşadı – FOTO

29-05-2022, 07:33

Bərdədə üzücü olay: Qızlarına toy edib evə qayıdan ailə ŞOK yaşadı – FOTO
Bərdə rayonunda yanğın hadisəsi baş verib.


Xəbər verilir ki, hadisə əslən Laçın rayonundan olan Elşən Musayevə məxsus fərdi yaşayış evində qeydə alınıb.

İkiotaqlı ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. Ev sahibi Elşən Musayev iddia edir ki, onun mənzilini qəsdən yandırıblar.
Bərdədə üzücü olay: Qızlarına toy edib evə qayıdan ailə ŞOK yaşadı – FOTO
Musayevlər ailəsi hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verib. Rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə baxış keçirib. Hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.

Qeyd edək ki, hadisə Elşən Musayevin qızının toy məclisi zamanı baş verib. Ailə toydan çıxıb evə qayıtdıqda mənzilin yandığını görüb. Ailəyə xeyli miqdarda ziyan dəyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi