azia.az
azia.az

Xaçmazda məktəbli qardaşların böyük uğuru (VİDEO)

24-05-2022, 08:00

  Xaçmazda məktəbli qardaşların böyük uğuru (VİDEO)




Xaçmaz rayonundan olan Ayxan və Oruc Yusifli qardaşları Məktəblilərarası VII Fənn müsabiqəsində medal qazanan şagirdlər sırasında yer alıblar. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, istedadlı şagirdlər Xaçmaz rayonunun Əfqan Yəhyayev adına Çiləgir kənd tam orta məktəbində təhsil alırlar. VII sinifdə oxuyan Ayxan Yusifli müsabiqədə fizika fənni üzrə qızıl, onun qardaşı VI sinif şagirdi Oruc Yusifli isə informatika fənni üzrə gümüş medal qazanıb. Ayxan müsabiqədə fizika fənni üzrə təqdim olunan bütün sualları düzgün cavablandırıb. Məktəbin fizika müəllimi, eyni zamanda müsabiqədə uğur qazanan şagirdlərin anası Vüsalə Yusifli bildirib ki, Ayxan və Oruc bütün fənlərini yaxşı oxuyublar. Qeyd edək ki, fənn müsabiqələrində qalib olan (qızıl, gümüş, bürünc medal qazanan) şagirdlər qəbulu mərkəzləşdirilmiş imtahan sistemi ilə keçirilən lisey və gimnaziyalarda müsabiqədənkənar təhsil almaq hüququ qazanırlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi