azia.az
azia.az

Havaların qeyri-sabit keçməsi Kürdə suyun səviyyəsinə təsir edib

9-05-2022, 09:15

Havaların qeyri-sabit keçməsi Kürdə suyun səviyyəsinə təsir edib
Havaların qeyri-sabit keçməsi Kürdə suyun səviyyəsinə təsir edib
Məlumata görə, son günlər havaların qeyri-sabit keçməsi Kür çayına da öz təsirini göstərib. Xüsusilə bu, çayın Salyan rayonu ərazisindən keçən hissəsində daha çox müşahidə olunur. Belə ki, aprelin 30-dan bu günə kimi Kürdə suyun səviyyəsi 1,5 metr qalxıb.

Su səviyyəsinin artımı Kür boyu quraşdırılmış su nasos stansiyalarının məhsuldar işləməsinə də şərait yaradıb. Bir müddət bundan öncə əkin sahələrinin suvarılmasında çətinliklər vardısa, artıq bütün bunlar geridə qalıb.

Mütəxəssislərin fikrincə, bundan sonra da Kür çayında suyun artımı müşahidə olunacaq.
Havaların qeyri-sabit keçməsi Kürdə suyun səviyyəsinə təsir edib
Havaların qeyri-sabit keçməsi Kürdə suyun səviyyəsinə təsir edib


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi