Göyçayda İcra başçısının müavini kənd sakinlərinin çörəyinə bais olub – MÜRACİƏT
Bir qrup tərəfindən Göyçay rayon sakinləri mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya, Baş Prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova və digər aidiyyatı dövlət orqanlarına Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini İkram Vəliyevin və qardaşı oğlu Sabir Vəliyev onlara vurduğu maddi ziyanın alınaraq geri qaytarılmasında köməklik göstərmələri ilə bağlı şikayət məktubu ünvanlanıb. Aktualinfo.org rayon sakinlərinin sözügedən şikayət məktubunu olduğu kimi diqqətinizə çatdırır. Şikayətçilər yazır ki:
Göyçay rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini İkram Vəliyev qardaşı oğlu Sabir Vəliyevlə əlbir olub bizi aldadıb həyətimizin məhsulunu alıb başqa şəxsə satıb pulumuzu ələ keçiriblər.
Belə ki, biz bu şikayəti imza edən vətəndaşlar həyətimizin məhsulu olan xurma meyvəsini icra başçısının müavini İkram Vəliyevin tapşırığı əsasında onun qardaşı oğlu Sabir Vəliyevə yığb vermişik.Sabir Vəliyev həmin xurma məhsulunu Əli adlı Biləsuvar sakininə nəgd pula satsada bizim pulumuzu indiyə qədər ödəməmişdir.Hansı ki, Əli adlı Biləsuvar sakini bizə bildirdi ki, mən Sabir Vəliyevə nəgd pul vermişəm.Təkcə bu mövsümdə onlardan 700.000 manatlıq məhsulu nəgd pula almışam.
İcra başçısının birinci müavini İkram Vəliyev bizi çağırıb xurma meyvəsini qardaşı oğlu Sabir Vəliyevə yığıb verməyi bildirsədə indi pulumuzu vermək istəmir bu işdə şərik olmadığını utanmadan yalandan bizə bildirir.
Həttda İkram Vəliyev meyvə tədarükü üçün Göyçay rayonunun Qarabaqqal kəndində özünə böyük bir anbar almışdır.İcra başçısının müavini İkram Vəliyev qardaşı oğlu ilə əlbir olub bizdən aşağıdakı məbləğdə məhsul alıb aldatmışdır.
1) Kərimov İlyas Baxış oğlundan 7950 (yeddi min doqquz yüz əlli) manatlıq,
2) Səmədov Saleh Yaqub oğlundan 4350 (dörd min üç yüz əlli) manatlqı,
3) Əmrahov Rəhman Qədir oğlundan 1000 (min) manatlıq
4) Şıxəliyev Aqil İxtiyar oğlundan 4500 (dörd min beş yüz) manatlıq,
5) Şıxəliyev Elçin İnqilab oğlundan 3700 (üç min yeddi yüz) manatlıq xurma məhsulu aldadıb alıb pulunu verməmişdir.
Biz kasıb işsiz kənd sakinləri gözümüzü bir il ərzində bu məhsulu satıb əldə etdiyimizi pula tikmişdik.Həmin pulla biz ailəmizi dolandırıb acından ölmürdük.İndi isə icra başçısının 1-ci müavini İkram Vəliyev və onun qardaşı oğlu Sabir Vəliyevin dələduzluğuna görə aclığa məhkum olmuşuq.
Qeyd edək ki, Sabir Vəliyevin atası Rafael Vəliyev Ləkçıplaq kənd icra nümayəndəsinin müavini vəzifəsində işləyir.
İkram Vəliyev və qardaşı oğlu Sabir Vəliyevə kiminsə bir manat borcu ola bilməz.Onlara borcu olan Potu kənd sakininin evini və avtomobilini pul əvəzinə əlindən alıblar.
İndi biz çıxılmaz vəziyyətdə qalmışıq. İcra başçısının birinci müavini İkram Vəliyevin və qardaşı oğlu Vəliyevin talançılığına etiraz olaraq aclıq aksiyasına başlamaqdır.
Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən və Mehriban xanım Əliyevadan xahiş edirik vəzifə səlahiyyətlərindən sui-istifadə edib məhsulumuzu aldadıb başqa şəxsə satıb pulunu ələ keçirmiş birinci müavin İkram Vəliyevin və qardaşı oğlu Sabir Vəliyevin barəsində ciddi tədbirlər görəsiniz.
647666a9-ab17-47d5-a4fb-9ea040388d3d.jpg
İmza; Göyçay rayon sakinləri
1) Kərimov İlyas Baxış oğlu Göyçay şəhəri Ə.Səmədli küçəsi ev 176
2) Səmədov Saleh Yaqub oğlu Göyçay rayonu Ləkçıplak kəndi
3) Əmrahov Rəhman Qədir oğlu Göyçay rayonu Aşağı Qaraməryəm kəndi
4) Şıxəliyev Aqil İxtiyar oğlu Göyçay rayonu Qaraxıdır kəndi
5) Şıxəliyev Elçin İnqilab oğlu Ucar rayonu Bağırbəyli kəndi