Pensiyası kəsildiyi üçün baş həkimin maşınını yandırıb
Şəkidə şok hadisə – Pensiyası kəsildiyi üçün baş həkimin maşınını yandırıb
Şəkidə 34 yaşlı kişinin Dövlət Sosial Müdafiə Fondunun şöbəsini və avtomobili yandırmağa cəhd etməsinin səbəbi bəlli olub.
Yanvarın 25-də günorta saatlarında şəhər sakini, 1988-ci il təvəllüdlü M.Əhmədov DSMF-nin Şəki rayon şöbəsinin pəncərəsinə və vətəndaşa məxsus avtomobilə benzin tökərək bir hissəsini yandırıb.
“24 saat” xəbər verir ki, yanan “Nissan” markalı avtomobil Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi, 1952-ci il təvəllüdlü Akif Fəxrəddin oğlu Əsədullayevə məxsusdur.
Akif Əsədullayev
M.Əhmədov ona ayrılan təqaüdün dayandırılmasına görə Akif Əsədullayevi ittiham edib və bu iddia ilə də hadisəni törədib.
2010-cu ildən psixiatriya xəstəxanasında qeydiyyatda olduğu deyilən M. Əhmədov Yevlax rayonu ərazisində saxlanılaraq şöbəyə gətirilib.
Faktla bağlı araşdırmaların aparıldığı bildirilir.
“24 saat” (Pensiyası kəsildiyi üçün baş həkimin maşınını yandırıb)