azia.az
azia.az

Tullantılara ikinci həyat verən Qax sakini - VİDEO

11-12-2021, 10:33

Tullantılara ikinci həyat verən Qax sakini - VİDEO
Qax rayonunda yaşayan Zaur Əsgərovun tullantı şinlərindən yaratdığı əşyalar hər kəsin marağına səbəb olur.
Xəbər verilir ki, istifadə olunduqdan sonra atılan avtomobil təkərlərindən müxtəlif ölçülü əşyalar, o cümlədən maraqlı suvenirlər hazırlayır. Ömrünün böyük bir hissəsini elektrik kimi çalışan Zaur Əsgərov sevdiyi hobbisinə aylar öncə başlayıb. O, sadəcə "YouTube" kanallarından baxaraq öyrəndiyi bu işdən indi gəlir də əldə edir.

Həmin əl işlərinə isə əsasən rayona gələn turistlər maraq göstərir. 54 yaşlı ustanın dediyinə görə, indiyə kimi 200-ə yaxın əl işi düzəldib. Ən ucuzu 5, ən bahalısı isə 60 manata satılıb. Usta deyir ki, şəraiti olsa, bu işi daha da böyüdə və təbiəti də tullantılardan az da olsa xilas edə bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi