azia.az
azia.az

Ağdaş Dövlət Humanitar Kollecində təmir müəmması-paralel olaraq həm cari, həm də əsaslı(?)

6-11-2021, 13:26

Ağdaş Dövlət Humanitar Kollecində təmir müəmması-paralel olaraq həm cari, həm də əsaslı(?)
Ağdaş Dövlət Humanitar Kollecinin elan etdiyi kotirovka müsabiqələrinin qalibi məlum olub.
Yenixeber.org: Kollecin binasının təmiri ilə bağlı iki lot üzrə elan olunan müsabiqənin qalibi "AST-TƏMİR İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. 13.08.2021-ci il tarixdə start götürən hər iki lot üzrə müsabiqəyə dünən-04.11.2021-ci ildə yekun vurulub.
"AST-TƏMİR İNŞAAT” MMC Ağdaş Dövlt Humanitar Kollecinin sifarişi ilə cari və əsaslı təmiri həyata keçirəcək və qarşılığında birinci işlə bağlı 34925 manat, ikinci işlə bağlı isə 40522 alacaq.
Bir dövlət qurumunun iki lot üzrə elan etdiyi kotirovka soğusunun qalibi olan "AST-TƏMİR İNŞAAT” MMC haqqında heç bir bilgi öyrənmək mümkün olmadı... Ağdaş Dövlt Humanitar Kollecinin toplam 75447 manat büdcə vsaitini etibar etdiyi bu şirktin internet üzərindən heç bir əlaqə vasitəsinə rast gəlmək mümkün olmadı(?)
Ağdaş Dövlət Humanitar Kollecində təmir müəmması-paralel olaraq həm cari, həm də əsaslı(?)
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında "AST-TƏMİR İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş İdarəsində 09.08.2019-cu il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, TARZƏN HACI MƏMMƏDOV, ev 9, m. 0, qanuni təmsilçisinin isə Hüseynova Tovuz Səməd qızı olduğu göstərilir.

Bu arada digər maraqlı məqam "AST-TƏMİR İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisinin kimliyi ilə bağlıdır. Araşdırmalarımızla məlum oldu ki, Hüseynova Tovuz Səməd qızı Bakıdakı Məmməd Rahim adına 7 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəlliməsidir. Məktəbdən bu məlumat təsdiqlənsə də, Tovuz xanımı dinləmək cəhdimiz alınmadı...
Bu arada diqqəti çəkən digər faktor isə Ağdaş Dövlt Humanitar Kollecinin binasının təmirinin iki mərhələdə- cari və əsaslı olaraq icra olunmasıdır(?) Binanın cari təmiri nə, əsaslı təmiri nədir? Həm də, eyni zamanda-paralel olaraq???

Amma, cavablandırılası suallar bununla bitmir. Biz Yenixeber.org olaraq bu mövzu ilə bağlı Ağdaş Dövlt Humanitar Kollecindən bu və digər suallarımıza aydınlıq gətirilməsini istəsək də, olmadı. Kollecin direktoru Namiq Mehdiyevə ünvanladığımız online sorğu hələ də, cavabsız qalmaqdadır(?)

***

"Dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının icrası ilə əlaqədar tenderlərdə adətən bir neçə icra başçısına, ya da ki, onların müavininə yaxın olan şirkətlər qalib gəlirdilər. Nə üçün? Çünki burada da rüşvətxorluq və mənimsəmə halları kütləvi xarakter alırdı və bu da dövlət büdcəsinə böyük ziyandır. Əgər korrupsiya, rüşvətxorluq halları olmasaydı, baxın, bizim dövlət büdcəmiz nə qədər artardı, bizim imkanlarımız nə qədər genişlənərdi…”

Bu sözləri isə cənab prezident İlham Əliyev sentyabrın 14 də Cəlilabad və Şəmkir rayonlarına təyin etdiyi yeni icra başçılarını videoformatda qəbul edərkən söyləyib.
Mövzunun davamı olacaq./Yenixeber.org


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi