azia.az
azia.az

Koronavirus xəstəsi sərxoş halda maşın sürürdü, tutuldu

5-10-2021, 11:50



Şəkidə yol polisi əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmini məqsədilə keçirdikləri tədbirlər zamanı “VAZ-2106” markalı avtomobilin sürücüsü, rayon sakini Akif Seyidovun sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə etdiyini aşkarlayıblar.
Koronavirus xəstəsi sərxoş halda maşın sürürdü, tutuldu
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yoxlanılan zaman onun həm də aktiv koronavirus xəstəsi olduğu və yaşadığı ünvanı tərk etdiyi məlum olub. Həmin şəxslə izahedici söhbətlər aparılıb və A.Seyidovun qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Onun barəsində cinayət işi başlanılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi