VƏZİFƏLİ ŞƏXS TUTULDU
Prokurorluq Şəmkirdə saxlanılan vəzifəli şəxslə bağlı məlumat yayıb. Baş Prokurorluqdan Oxu24.com-a cavab olaraq bildirilib ki, martın 4-də rayonun Kür Qəsəbə Mənzil İstismar Sahəsində (MİS) kargüzar işləyən Aliyə Kazımovanın həmin MİS-in rəisi Vazeh Vəliyev tərəfindən döyülməsi barədə və V. Vəliyevin iş yerində daim münaqişə yaratması ilə bağlı müraciətləri əsasında rayon prokurorluğundan araşdırma aparılıb. V. Vəliyev şübhəli şəxs qismində tutulub.