azia.az
azia.az

Mingəçevirdə tender maxinasiyaları – İlham İsmayılov dövlət büdcəsini belə dağıdır

2-06-2021, 10:37


Mingəçevir Şəhər İcra Hakimiyyəti ümumi maliyyə dəyəri 176 991.21 AZN təşkil edən 7 satınalma müqaviləsi imzalayıb.

HİT.Az xəbər verir ki, müqavilənin beşi “İaşəçi” MMC ilə bağlanıb. Müqavilələrdə “uşaq bağçalarına dəftərxana və təsərrüfat mallarının, yumşaq inventarların, digər malların, sair torpaq tikili və avadanlıqların, maşın və avadanlıqların satın alınması” nəzərdə tutulur. Bunun üçün icra hakimiyyəti şirkətə 164 543.64 AZN ödəyəcək.
Mingəçevirdə tender maxinasiyaları – İlham İsmayılov dövlət büdcəsini belə dağıdır
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “İaşəçi” MMC 14 noyabr 2008-ci il tarixdə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Mingəçevir şəhəri, Y.Muradov küçəsi, ev 39-da yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənov Rövşən Murtuz oğludur.

Açıq mənbələrdə “İaşəçi” MMC və onun qanuni təmsilçisi barədə hər hansı bilgi yoxdur.

İnternet resursları üzərindən apardığımız araşdırmalar zamanı isə bəlli olub ki, “İaşəçi” MMC Mingəçevir Şəhər İcra Hakimiyyətinin sevimli şirkətidir. İcra hakimiyyəti 2012-ci ildə sözegdən şirkətlə 499 907 manatlıq müqavilə imzalayıb. Müqavilədə ərzaq məhsullarının satın alınması nəzərdə tutulub.

“İaşəçi” MMC 2015-c ildə Mingəçevir Şəhər İcra Hakimiyyətinin elan etdiyi daha bir tenderin qalibi olub və qurumla şirkət arasında 562 557 manatlıq müqavilə bağlanıb. Bu müqavilə də ərzaq məhsullarının satın alınması ilə bağlı olub.

Mingəçevir Şəhər İcra Hakimiyyəti digər iki müqaviləni “Qazıxanlı” MMC və “Emil TT” MMC ilə bağlayıb. Hər iki müqavilədə “dəftərxana və təsərrüfat mallarının, maşın və avadanlıqların satın alınması” nəzərdə tutulub. İcra hakimiyyəti “Qazıxanlı” MMC-yə 8 517.27 AZN, “Emil TT” MMC-yə isə 3 930.3 AZN ödəyəcək.

Qazıxanlı MMC 8 oktyabr 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, ev 16, mənzil 4-də yerləşən MMC-nin qanuni təımsilçisi Nəbiyev Allahverdi Vəli oğludur.

“Emil TT” MMC 22 iyun 2009-cu ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Mingəçevir şəhəri, Maqomayev küçəsi, ev 50, mənzil 31-da yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Emil Rasim oğludur.

Açıq mənbələrdə bu şirkətlər haqqında məlumatlar məhduddur.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin keçirdiyi tenderlər hər zaman tənqid hədəfi olub. Mediada tenderlərin qeyri-şəffaflığına dair çoxsaylı faktlar tirajlanıb.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovdur. O, 2018-ci ildən bu vəzifədədir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi