Şəkidə əlili incidən kimdir? - GİLEY
Şəki rayonu,Kiş kəndindən Kərimli Dilqəm Adil oğlu tərəfindən Qafqaz.tv-nin redaksiyasına şikayət daxil olub.
Saytımız vasitəsilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə şikayət ünvanlayan vətəndaş yazır:
“Bizim ailəmiz 4 nəfərdən ibarətdir. Atam 1-ci qrup əlil hərbi qulluqçu, prezident təqaüdçüsüdür.
Anam xəstədir,əmək qabiliyyəyli deyildir.
Biz hal hazırda Şəki rayonu, Kiş kəndində yaşayırıq. Bizim kəndin çox hissəsində mavi qaz olmadığına görə oduna tələbat yaranır.
05.09.2020-ci il tarixdə yaşadığım Kiş kənd ərazisindən axan Qaynar çayın sel gələndən sonra gətirdiyi qol-budaq və quru çay odunlarını gördüm.Özümə məxsus UAZ markalı avtomobillə təxminən 12:00 radələrində getdim.
Sol tərəfimdə narahatlığım və tək olduğum üçün gecəyə qaldım.
Çaydan quru odunları yığıb saat 00:00 radələrində kəndə tərəf hərəkət etməyə başladım.
Mən DSX postunu keçməmişdim. Buna baxmayaraq kənd ərazisində 00:30-da DSX əməkdaşları qarşımı kəsib maşını saxlamağı əmr etdilər.
Məndən hansısa meşə sənədinin olub olmadığını soruşdular. Dedim yoxdur.Meşədən gəlmirəm ki, sənədim olsun.
Mən çaydan odun yığıdığımı və postu keçmədiyimi dedim. Sıxma-boğmaya saldılar.
Az keçmiş Kiş zastavasının rəisi Elçin adlı şəxsi də ora çağırdılar və maşında axtarış etdilər.
Sadəcə çay odunlarından başqa heç nə tapmadılar.
DSX-nın Orxan adlı əməkdaşı rəhbərliyə və Ekologiya İdarəsinin əməkdaşlarına zəng etdi.
Hadisə yerinə atam və qardaşım gəldi. Atam hərbi qulluqçu və əlil , prezident təqaüdçüsü oduğunu, ayağının bir hissəsinin olmadığın,odunların çay odunları olduğunu, tələbatımız üçün gətirildiyini dedi.
Bu zaman Ekologiya İdarəsinin Namiq adlı rəisi də gəldi çıxdı. Maşına baxış keçirdi, çay odunu olduğunu gördü.
Maşınımı hərbi hissəyə apardılar.
Səhər 8-də ora rəis Namiq və Kiş kəndinin meşəbəyiləri gəldi. Məndən Tərlan adlı ekologiya işçisi izahat aldı və maşına baxış keçirdi.
Maşındakının quru çay odunu olduğu təsdiq edildi.Sonra maşın yüklü halda meşə idarəsinə aparıldı. Orada odun boşaldıldı.
Odunu 2 kub hesablayıb mənə 33 manat cərimə yazdılar.
Cəriməni elə həmin gün ödəsəm də maşını buraxmadılar.
Mənim şəxsi mülkiyyətim olan UAZ maşını hələ də Şəki Meşə İdarəsinin həyətindədir.”
Maraqlıdır, ETSN-nin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi
və Şəki Regional Meşə Təsərrüfatı Mərkəzi vətəndaşı niyə süründürməçiliyə salır.
ETSN nə vaxtdan vətəndaşların maşınını cərimə meydançasına qoyur, əllərindən alır. Yol polisinin vəzifəsini icra edir?
Qarşıdan qış gəlir. Mavi yanacaq yoxdursa çay odunun yığmağa belə icazə verməməkdə məqsəd nədir. Niyə vətəndaşlar ölkənin müharibə apardığı dövrdə hakimiyyətdən incik salınır?
Qarşı tərəfi dinləyə bilərik.