azia.az
azia.az

Beylaqanda statiska korrupsiyası: Rövşən Quliyev at oynadır

22-05-2020, 14:29

Beylaqanda statiska korrupsiyası: Rövşən Quliyev at oynadır
Beylaqanda statiska korrupsiyası: Rövşən Quliyev at oynadır
Teref.a bildirir ki, məlum olduğu kimi, keçən il oktyabrın ayınin əvvəlində ölkədə sayca üçüncü siyahıyaalınması keçirildi. Bu siyahıyaalma ilə bağlı müstəqil eksperlər və mediada kifayət qədər ciddi tənqidlər səsləndirdi. Həmin tənqidlərdə bildirilirdi ki, respublikanın az qala hər yerində, xüsusilə də əyalətlərdə yerli statistika orqanlarının heç bir əməkdaşı vətəndaşlarla ünsiyyətdə olmayıb. Bütün proses təkcə sosial şəbəkələrdə minlərlə istifadəçinin siayhıya alınma ilə bağlı narazılıqları, onların qapısını heç kimin döyməməsi ilə bağlı kifayət qədər suallar yaradıb. Belə güman etmək olar ki, adıçəkilən qurum prosesi başdansaovdu həyata keçirib.
Siyahıyaalma ilə əlaqədar hazırlıq və onun keçirilməsi üzrə nəzərdə tutulmuş tədbirlərin vaxtında və mütəşəkkil yerinə yetirməyən orqanlardan biri də Dövlət Statistika Komitəsinin Beyləqan Rayon Statistika İdarəsidir. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə, bu idarənin işi təkcə siyahıyaalma vaxtı deyil, elə həmişə bərbad vəziyətdədir. Çünki rayon Statistika İdarəsinin rəisi Rövşən Allahverdi oğlu Quliyev öz vəzifəsinin öhdəsindən gəlmir. Bildirilir ki, o, hesabat intizamında ciddi nöqsanlara yol verir, icraçılıq intizamına nəzarəti lazımi səviyyədə təşkil edə bilmir, maliyyə vəsaitlərindən istifadə sahəsində qanunsuzluqlara qol qoyub. Etibarlı mənbədən cumhuriyyet.az-a daxil olan məlumata görə, idarədə adı gedən, amma faktiki işə gəlməyən 15 nəfərə yaxın işçinin maaş kartları rəis Rövşən Quliyevin cibindədir. Bundan başqa, R.Quliyev idarənin inzibati binasının bir hissəsini qeri-qanuni olaraq, abituriyent hazırlıq kursları aparan tədris mərkəzinə icarəyə verib və bu mənbədən daxil olan gəliri vergi ödəmədən tam şəkildə özü mənimsəyir. Belə olan halda onun verdiyi statistik məlumatlara inanmaq olarmı?
Beyləqan Statistika İdarəsinin müdiri Rövşən Quliyev özünə çox “asan və təmiz” qazanc mənbəyi tapıb. Bu “asan və təmiz“ qazanc mənbəyi ondan ibarətdir ki, Beyləqan rayonunda fəaliyyət göstərən özəl təsərrüfatlar ildə bir dəfə Rövşən Quliyevə hesab verirlər. Özəl təsərrüfat sahibləri əldə etdikləri qazancları dövlətdən məhz Rövşən Quliyevin vasitəsi ilə gizlədirlər desək heçdə yanılmarıq. Bu faktı Beyləqan rayonunda təsərrüfat sahəsi ilə məşğul olanlar yaxşı bilirlər.
Məlumata görə özəl təsərrüfat sahiblərinin Beyləqan Statistika İdarəsinin müdirinə ildə bir dəfə verdikləri hesab onların dövlətdən gizlətdikləri gəlirin 20 faizi qədərdi. Əslində hər bir sahibkarın ildə nə qədər hesab verməsi artıq neçə ildir ki, eyni ənənə ilə davam edir. Yəni sahibkarlar torpaq sahələrində, təsərrüfatlarında nə işlə məşğul olmalarından asılı olamayaraq eyni hesabı Rövşən Quliyevə verirlər. Öz növbəsində isə Rövşən Quliyev hər il bir neçə gün tər tökərək sahibkarlar haqqında statistik məlumatları aşağı-yuxarı yeniləyərək Dövlət Statistika Komitəsinə göndərir. Eyni zamanda cumhuriyyet.az “Beyləqan Xəbərləri” səhifəsinə istinadən bildirir ki, bir müddət öncə ölkə mətbuatında Beyləqan Statistika İdarəsininin müdiri Rövşən Quliyevin idarədə adı gedən, amma faktiki işə gəlməyən 15 nəfərə yaxın işçinin maaş kartlarını cibində gəzdirməsi ilə bağlı məlumat yayılmışdı. Həmçinin R.Quliyevin Beyləqan Statistika İdarəsinin inzibati binasının bir hissəsini qeyri-qanuni olaraq, abituriyent hazırlıq kursları aparan tədris mərkəzinə icarəyə verərək, bu mənbədən daxil olan gəliri vergi ödəmədən tam şəkildə mənimsədiyi qeyd edilirdi.
Ancaq mətbuatda dərc edilən bu məlumatlar qısa müddətdən sonra silindi. Görünür Rövşən Quliyev Beyləqan Statistika İdarəsində həyata keçirtdiyi korrupsiya əməllərinin Dövlət Statistika İdarəsinin rəhbərliyinin xəbər tutmaması üçün bu yola əl atıb. İstinad olunan mənbə bu linkdir:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi