azia.az
azia.az

DTX-nın diqqətinə: Lənkəranda “DOST”-un maaş kartları vəzifəlilərin qohumlarına paylanılıb (SİYAHI)

2-05-2020, 16:32

DTX-nın diqqətinə: Lənkəranda “DOST”-un maaş kartları vəzifəlilərin qohumlarına paylanılıb (SİYAHI)
DTX-nın diqqətinə: Lənkəranda “DOST”-un maaş kartları vəzifəlilərin qohumlarına paylanılıb (SİYAHI)

Lənkəranda “DOST” Mərkəzinin maaş kartlarının vəzifəli şəxslərin qohumlarının adlarına yazılması barədə daha bir məlumat yayılıb.

AzToday.az qlobal.az-a istinadən xəbər verir ki, məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısının Taleh Qaraşovun Kərgəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin oğlu, “LƏNKƏRAN CİTY TRAVEL” MMC-nin təsisçisi Babək Xıdırlının adına maaş kartı açdırdığını qeyd edən jurnalist daha bir ilginc fakta toxunub: “Sosial işçi kimi adına maaş kartı açılanlardan biri də rayonun Kənarmeşə kənd sakini, 1990-cı il təvəllüdlü Elvin Xanbaba oğlu Babayevdir. Elvin Babayev Taleh Qaraşovun 1-ci müavini Babayev Möhübbət Hacıbaba oğlunun qardaşı, 1954-cü il təvəllüdlü Xanbaba Babayevin oğludur”.
DTX-nın diqqətinə: Lənkəranda “DOST”-un maaş kartları vəzifəlilərin qohumlarına paylanılıb (SİYAHI)
O bildirib ki, adı “DOST” maaşı alanlar siyahısında olanlardan biri də keçmiş deputat Hadı Rəcəblinin yaxın qohumu Rəcəbov Şamil Cəsail oğludur.

“Hadı Rəcəblinin qardaşı İqbal Rəcəbov Lənkəran şəhərinin maliyyə idarəsinin rəisidir. İqbal Rəcəbovun qızı Firuzə Rəcəbli Lənkəran şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqudur”, – jurnalist bildirib.

Qlobal.az xəbər verir ki, bu ilin fevral ayında Lənkəran kənd 74 saylı Seçki Dairəsinin sədri Rufiyev Əlövsət Rufi oğlu ötən ilin oktyabrından “DOST” Mərkəzi MMC-də fəhlə kimi çalışması ilə bağlı xəbər dərc etsə də, Lənkəran İcra Hakimiyyəti mövzuya münasibət bildirməyib.
DTX-nın diqqətinə: Lənkəranda “DOST”-un maaş kartları vəzifəlilərin qohumlarına paylanılıb (SİYAHI)
DTX-nın diqqətinə: Lənkəranda “DOST”-un maaş kartları vəzifəlilərin qohumlarına paylanılıb (SİYAHI)
DTX-nın diqqətinə: Lənkəranda “DOST”-un maaş kartları vəzifəlilərin qohumlarına paylanılıb (SİYAHI)
DTX-nın diqqətinə: Lənkəranda “DOST”-un maaş kartları vəzifəlilərin qohumlarına paylanılıb (SİYAHI)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi