Süni intellekt internetdə BU məlumatlardan istifadə edərək üç sayta giriş əldə EDİB-HƏR KƏS ŞOKDA
Süni intellekt internetdə BU məlumatlardan istifadə edərək üç sayta giriş əldə EDİB-HƏR KƏS ŞOKDA.
“Google” şirkətinin “Gemini” süni intellekt modelinin təhlükəsizlik sınaqları zamanı maraqlı hadisə baş verib.
Xəbər verilir ki, test zamanı süni intellektin internetdə açıq şəkildə mövcud olan məlumatlardan istifadə edərək bəzi istifadəçi məlumatlarını təxmin etdiyi və üç sayta giriş əldə etdiyi bildirilib.
Şirkət hadisənin real istifadəçilərə qarşı həyata keçirilmiş hücum olmadığını, təhlükəsizlik mütəxəssislərinin apardığı sınaq çərçivəsində baş verdiyini açıqlayıb.
Mütəxəssislər bu hadisənin süni intellekt sistemlərinin internetdə açıq məlumatlardan istifadə etməsinin yaratdığı yeni təhlükəsizlik risklərini göstərdiyini bildirirlər.
Oxşar problemlərin digər böyük süni intellekt sistemlərində də sınaqlar zamanı müşahidə edildiyi qeyd olunur.