azia.az
azia.az

Eldar Əzizov sabiq bələdiyyə sədrinə vəzifə verdi - İki təyinat

18-12-2021, 13:51

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Kommunal Xidmətlər Müəssisəsinə yeni direktor təyin edib.
Eldar Əzizov sabiq bələdiyyə sədrinə vəzifə verdi - İki təyinat
Məlumata görə, Eldar Əzizovun müvafiq əmri ilə müxtəlif pozuntularda adı hallanan Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəisi Ramsin Abdullayev Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Kommunal Xidmətlər Müəssisəsinin direktoru təyin olunub.
Eldar Əzizov sabiq bələdiyyə sədrinə vəzifə verdi - İki təyinat
İcra başçısının digər əmri ilə Səbail bələdiyyəsinin sabiq sədri, 71 saylı Masallı kənd seçki dairəsindən depuatlığa namizəd olmuş Firdovsi İbadulla oğlu Cəbrayılov Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi təyin edilib. Qaynarinfo

Eldar Əzizov sabiq bələdiyyə sədrinə vəzifə verdi - İki təyinat

Qeyd edək ki, Kommunal Xidmətlər Müəssisəsinin sabiq direktoru Hüseynov İlqar Sarı oğlu bir müddət əvvəl Eldar Əzizovun kürəkəni, Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin müavini təyin olunmuşdu.

Əhməd


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi