azia.az
azia.az

“Yapı Kredi Bank Azərbaycan” hesabatı üzə çıxardı-TƏFƏRRÜAT

Bu gün, 07:31

Xəbər verdiyimiz kimi, “Yapı Kredi Bank Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) rəsmi internet səhifəsində ictimaiyyətə açıqladığı sonuncu rəsmi maliyyə hesabatı 2024-cü ilin fevral ayına təsadüf edirdi.

32gun.az-ın mövzu ilə bağlı dərc etdiyi materialdan sonra bank rəhbərliyi hərəkətə keçib. Belə ki, cari ilin 20 may tarixində qurumun rəsmi saytındakı sənədlər siyahısına 2025-ci ilin illik maliyyə hesabatı da əlavə edilib.

Bununla belə, ölkədə fəaliyyət göstərən digər bankların artıq 2026-cı ilin birinci rübünə dair maliyyə göstəricilərini açıqladığı bir vaxtda, “Yapı Kredi Bank Azərbaycan”ın ötən ilin hesabatını yalnız indi yerləşdirməsi diqqət çəkir.


Qeyd edək ki, "Yapı Kredi Bank Azərbaycan" QSC-nin Müşahidə Şurasının sədri Gökhan Erün, İdarə Heyətinin sədri isə Mete Şamil Öztürkdür. 

Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 73G, məhəllə 628 ünvanında hüquqi qeydiyyatda olan “Yapı Kredi Bank Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nizamnamə kapitalı 55 380 703.88 manat təşkil edir. qanuni təmsilçisi də Öztürk Mete Şamildir. 


Xatırladaq ki, "YAPI KREDİ BANK AZƏRBAYCAN" QSC-nin əsas sahibi 99,8% səhm payı ilə Türkiyənin "Yapı ve Kredi Bankası A.Ş." (Yapı Kredi) təşkilatıdır. Öz növbəsində Türkiyənin "Yapı Kredi" bankının əsas sahibi və nəzarət səhmdarı (təxminən 61,17% payla) Türkiyənin ən böyük konqlomeratlarından biri olan "Koç Holding" qrupudur.  


Ötən yazımızdan qısa xatırlatma:

"Koç Holdinq" və onun əsas aktivi olan Yapı Kredi son illərdə həm Türkiyə, həm də Azərbaycan bazarında ardıcıl skandallarla gündəmə gəlib. Türkiyədə BƏƏ-nin FAB və Qətərin QNB bankları ilə uğursuz satış şayiələri İstanbul Birjasında manipulyasiya iddialarına yol açarkən, korporativ cəbhədə 2026-cı ilin fevralında Türkiyə Rəqabət Qurumu tərəfindən Yapı Kredi daxil 26 maliyyə nəhənginə qarşı işçi maaşlarını basqılamaq ittihamı ilə kartel soruşdurması başladılmış, həmçinin Hazine ve Maliye Bakanlığı tərəfindən banka 187 milyon lirəlik qanunsuz sığorta cəzası kəsilmişdir.


Ailə daxilində isə kürəkən İnan Kıraçın övladlıqdan rədd etdiyi qızı İpek Kıraçla milyard dollarlıq miras davası və ahıl yaşında gizli nikahı parçalanma yaratmış, qrupun köhnə rəhbərlərindən Can Kıraçın nəvəsinin ağır cinayət ittihamından dərhal sonra ABŞ-a qaçırılması isə cəmiyyətdə böyük imtiyaz skandalına çevrilmişdir.

Azərbaycan bazarında isə "Yapı Kredi Bank Azərbaycan" QSC Mərkəzi Bankın auditi ilə çirkli pulların yuyulması qanunvericiliyini pozduğu üçün Nəsimi Rayon Məhkəməsinin qərarı ilə vəzifəli şəxsi cərimələnmiş və prudensial hesabatları gizlətdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 439.2-ci maddəsi ilə sanksiyaya məruz qalmışdır. Bundan əlavə, bank "Worldcard" tariflərinin qeyri-şəffaflığı, saxta imza ilə kredit rəsmiləşdirilməsinə görə Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə açılan cinayət işi və "Yapı Kredi İnvest"in fəaliyyətinin qəfil dondurulması kimi ciddi hüquqi pozuntularla yadda qalıb.

Nilay ÖzSöz


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi