Siqareti tərgidəndən sonra bu üsullardan istifadə edin
Xəbər verilir ki, JNeurosci jurnalında dərc olunan araşdırma nikotin abstinensiyasının — yəni siqareti tərgidikdən sonra yaranan nikotinsiz dövrün — beynin ağrı qəbulu sisteminə təsir etdiyini göstərib.
Mütəxəssislərin araşdırmasına görə, siqareti buraxan şəxslər nikotinsiz müddət uzandıqca ağrını daha güclü hiss edir və daha çox ağrıkəsiciyə ehtiyac duyurlar. Bu dəyişiklik xüsusilə əməliyyatdan əvvəl siqareti tərgidən insanlarda müşahidə edilib.
Musavat.com-un məlumatına görə, alimlər bildirir ki, bu təsir təxminən üç ay ərzində tamamilə yox olur. Yəni, siqareti tərgitmək uzunmüddətli sağlamlıq üçün mütləq faydalıdır, lakin keçid dövrü tibbi müdaxilələrdə nəzərə alınmalıdır.
Həkimlər belə vəziyyətlərdə:
alternativ ağrıkəsici sxemlərin əvvəlcədən planlaşdırılmasını,
nikotin əvəzedici terapiyanın — plastırlar, saqqızlar və s. — nəzərdən keçirilməsini tövsiyə edirlər.
Tədqiqatın müəllifləri vurğulayırlar ki, siqareti tərgitmək sağlamlıq üçün həlledici addımdır, sadəcə olaraq keçid dövründə ağrı qəbulu fərqli ola bilər və bu, tibbi baxımdan əvvəlcədən planlaşdırılmalıdır.