azia.az
azia.az

"Azəriqaz" abonentə 900 manat borc yazdı: Yenə şikayət var - İDDİA

19-02-2025, 19:14

Abşeron rayon sakini Şərqiyyə Mirzəyeva Ajans.az-a müraciət edərək, qaz idarəsinin ona əsassız borc yazdığını bildirib. Şikayətçinin sözlərinə görə, o, hər ay qaz pulunu ödədiyi halda, gözlənilmədən 900 manat borc fakturası ilə üzləşib.

“Mən hər ay qaz pulunu ödəyirəm, lakin bu ay mənə 900 manata yaxın borc yazılıb. Qaz idarəsinə gedib məsələni araşdırmaq istədim. Orada mənə borc gələn evin şəklini göstərdilər, lakin baxanda gördüm ki, bu ev mənim yaşadığım ev deyil. Yəni bu borc mənə aid olmayan bir evin borcudur. Səbəbini soruşanda isə mənə dedilər ki, get məhkəməyə ver. Mənim isə məhkəmələrdə vaxt itirməyə imkanım yoxdur,” – deyə şikayətçi bildirib.

Araşdırma aparılmayıb

Şərqiyyə Mirzəyeva qaz idarəsindən məsələnin araşdırılmasını tələb etsə də, ona köməklik göstərilmədiyini iddia edir. Şikayətçi məsələ ilə bağlı aidiyyəti qurumlardan yardım gözlədiyini bildirir:

“Haqqsız yerə borc yazılıbsa, bu araşdırılmalıdır. Mən öz evimin borcunu ödəyirəm, başqasının borcuna görə niyə məsuliyyət daşımalıyam? Rəsmi qurumlardan xahiş edirəm ki, bu məsələyə baxsınlar və yanlış hesablanan borc aradan qaldırılsın.”

Şikayətçi aidiyyəti dövlət qurumlarına çağırış edərək, problemə baxılmasını və borc məsələsinin dəqiq araşdırılmasını tələb edir.

Məsələ ilə bağlı "Azəriqaz"ın mövqeyini işqılandırmağa hazırıq...

İddiaya aid fotolar:


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi