Hacı Qalibin şirkətləri “Chevrolet” satıcısı “İdeal Motors”un aqibəti necə olacaq?
Azərbaycanda “Chevrolet”, “Baic”, “Jak” avtomobillərinin satışını həyata keçirən “İdeal Motors” MMC ilə bağlı növbəti cərimə protokolu imzalanıb.
XALQ.AZ Tribunainfo.az-a istinadən xəbər verir ki, “İdeal Motors” İnzibati Xətalar Məcəlləsinin iki ayrı – 339.1 və 485.1-ci maddələrini pozub.
Tələbi pozulan 339.1-ci maddəyə əsasən, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə, fiziki şəxslər uəlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Digər maddəyə əsasən isə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə, fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Hər iki işə Yasamal rayon məhkəməsində baxılacaq. 28 dekabr tarixinə təyin edilən prosesə hakim Rauf Daşdəmirov, gələn ilin 7 yanvar tarixində baxılacaq işə isə hakim Rəşad Cavadzadə sədrlik edəcək.
“İdeal Motors” 2018-ci ildən qeydiyyata alınıb. Hazırda “İdeal Motors” MMC “Performance Center” şirkətinin rəsmi dileridir.
Hazırda şirkətinin rəsmi dileridir. “İdeal Motors”Azərbaycanda “Chevrolet”, “Baic”, “Jak” avtomobillərinin satışını həyata keçirir. Şirkətin rəhbəri və sahibi Qalib Məmmədovdur.
Qarşı tərəfi dinləməyə hazırıq.