Xəbər verdiyimiz kimi, 3 gün öncə "20 Yanvar" metrosunun yeraltı keçidindəki mağazalar sıxlıq səbəbiylə bağlanıldı.
Həmçinin, “manatlıq taksilər”in fəaliyyəti də məhdudlaşdırılıb.
Lakin bu tədbirlərə baxmayaraq hələ də sıxlıq, tıxac müşahidə olunur...
Məsələylə bağlı Bakupost.az -a danışan nəqliyyət üzrə ekspert Eldəniz Cəfərov 20 Yanvar metrosu ətrafında sıxlığın aradan qaldırılması üçün hökumətə bir neçə təklif verildiyini açıqlayıb.
Onun sözlərinə görə, gələn ildən bu təkliflərə baxılıb konkret layihələr həyata keçirilə bilər:
“Əlbəttə, ki, istənilən yerdə sıxlığın aradan qaldırılması mümkündür. Sıxlığın aradan qaldırılmasının obyektiv və subyektiv səbəbləri olur. Subyektiv səbəblər aradan qaldırıldıqdan sonra obyektiv səbəblər də öz-özünə aradan qalxır. Əsas odur ki, istək olsun”.
Vasif Əlihüseyn