Jurnalist İcbari Tibbi Sığortada maxinasiya ilə QARŞILAŞDI – DƏHŞƏTLİ FAKTLAR(FOTO)
Azərbaycanlı jurnalist Dəryanur Cəfərova İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini onun adına saxta xəstəlik yazmaqda ittiham edib. O, bu barədə sosial hesabında yazıb:
“Mən Yevlaxda qeydiyyatdayam. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaranandan bəri bir dəfə də olsun xəstəxanaya müraciət etməmişəm. İndi sistemdə görürəm ki, guya 2020-2021-ci illər ərzində burnumdan qan açılması ilə bağlı adını qeyd etdikləri həkimin qəbulunda olmuşam. Hətta mənə xəstəlik də tapıblar. 2020-ci ildə məndə babasil aşkar ediblər. Sizdə hər şey yaxşıdı?Bunları kim daxil edib sistemə? Niyə mənim xəstəliyim olmaya-olmaya burada xəstəlik qeyd olunub?”,- deyə jurnalist qeyd edib.