“Biz zaman-zaman qazlı su və enerji içkilərinin, müxtəlif fast-fud-ların insan sağlamlığına ziyanından danışırıq. Amma bir çox hallarda uşaqlara energetik içkilərin, “Kola” verilməsinin şahidi oluruq. Son illər bu hallar geniş yayılıb. Dəfələrlə valideynlərə bu barədə xəbərdarlıq edilsə də, maarifləndirici söhbətlər aparılsa da, biz bunun tam əksini müşahidə edirik”.
Bunu Bakupost.az -a açıqlamasında qida mütəxəssisi İlkin Şirinov deyib.
O, bu cür qidaların uşaqların psixologiyasına, dərisinə və sağlamlığına mənfi təsir etdiyini bildirib:
“Biz dəfələrlə bu haqda çağırışlar etmişik ki, valideynlər diqqətli olsunlar. Qazlı içkilərin böyüklərə tövsiyə olunmaması halda uşaqlara verilməsi nə dərəcədə doğrudur? “Kola” içən uşağın orqanizmində cox ciddi problemlər yaranır. Bu, dəri qocalması, infarkt riskini artırır, xərçəng xəstəliyi yaradır, diabet, mədə divarının zədələnməsi kimi xəstəliklərə səbəb olur. Qazlı içkilər siqaret qədər zərərlidir”.
İ.Şirinov gün ərzində “Kola” içən uşaqda aclıq olmadığını, bunun isə onun orqanizmində ümmunitetin aşağı düşməsinə səbəb olduğunu deyib:
“Ümumiyyətlə, uşaqlara enrji içkilərinin verilməsi onları narkotikə öyrəşdirmək kimi bir şeydir. Müxtəlif Avropa ölkələrində eneji içkilərinin istehsalı və satışı ləğv olunub. Bizdə isə bunun əksi baş verir. Enerji içkiləri reklam olunur, marketlərdə onların xüsusi bannerləri qoyulur”.
Qida mütəxəssisi televiziyalarda bu məhsulların reklamının yolverilməz olduğunu bildirib:
“Təklif edərdim ki, televiziyalarda adlarını sadaladığım içkilərin reklamıyla bağlı yaş həddi təyin edilsin. Çünki bu içkilər uşaqlarda güclü psixoloji problemlərə səbəb olur. Ən azından televiziyalar bu içkiləri təbliğ edənə qədər uşaqlar üçün bunun zərərlərindən də danışsınlar. Özümüz öz sağlamlığımızın qaydına qalmırıqsa, heç olmasa, uşaqlarımızın sağlamlığının qaydına qalaq”.
Vasif Əlihüseyn