azia.az
azia.az

"Akasya Park" MMC müştərini ALDATDI: Külli miqdarda pulunu aldı, lakin ev vermədi - FOTO

6-09-2023, 07:41

Bunu Sonxeber.az-a müraciət edən Ülfet AlIyev bildirib.

O, qeyd edib ki, Sumqayıt şəhərində yerləşən, "Akasya Park" MMC-nin inşa etdiyi "Three Towers" binalarından 2021-ci ilin fevralında daxili ipoteka ilə mənzil alıb:

"İlkin ödəniş kimi 10 min manat pul ödədim. Hər ay 774 manat ödəniş edirdim. Müqavilə imzalanan zaman mənə mənzilin elə 2021-ci ilin avqustunda təhvil veriləcəyi söylənilmişdi. Mən hər ay zamanında ödənişimi etsəm də, avqust ayında tikintiyə icazə verilmədiyini öyrəndim və hətta həmin ərazidə heç bir tikinti işinin aparılmadığının şahidi oldum.

Mən deyilmişdi ki, mənzilimdə bütün kommunal xətlər çəkilib və işlər tamamilə yekunlaşıb. Lakin yarıtikili vəziyyətdə olan binaya daxil olduqda gördüm ki, kommunal xətlər sadəcə 6-cı mərtəbəyədək çəkilib.

Yalan danışdıqarını öyrəndikdən sonra onlarla dəfələrlə mübahisələrim düşüb. Məni aldatdıqlarına görə avqust ayından aylıq ödənişi də dayandırdım. Onların satdığı mənzildən imtina edib, ödədiyim bütün pulları geri istədim. 9 aydır ki, ödədiyim məbləğin qaytarılmasını tələb etsəm də, ilk olaraq satış nümayəndəsi olan Vəfa, daha sonra isə sərmayəçi Mahir Alıyev boş vədlərlə məsələnin həllini indiyə qədər uzadıblar.

Şirkət məndən onlara iki-üç ay vaxt verməyimi xahiş etdi. Mən yenə dekabra qədər gözlədim. Lakin mənzilim təhvil verilmədi. Sonra şirkətə mənzildən imtina etdiyimi və pulumu tələb etdiyimi söylədim.

Bu günə kimi hələ də pulumu geri qaytarmayıblar. Şirkətin sahibkarı Mahir Alıyevdir. Amma müqavilədə direktor kimi Əfqan bəyin adı qeyd edilib. Dəqiq soyadını bilmirəm. Sahibkarın şəxsi nömrəsini tapıb, özü ilə görüşdüm. O, pulun yerli-yersiz dağıdıldığını və işçilər tərəfindən mənimsəmə hallarının olduğunu qeyd etdi. Sahibkar qısa müddət ərzində pulumu qaytaracağına dair söz verdi. Biz onunla yanvar ayında görüşmüşdük. Əmin etdi ki, mart ayına qədər pulumu ödəyəcək. Amma hələ də nə mənzili, nə də pulumu geri qaytarmayıb.

Artıq 3-4 aydır ki, müxtəlif bəhanələrlə yenə də məni aldatmağa çalışır. Hətta dəfələrlə məni hədələyərək deyib: "Kimə istəyirsən de! Onsuz da pulum yoxdur, nə vaxt istəsəm, onda qaytaracağam".

Məhz buna görə də artıq susmamağı və məhkəməyə müraciət etməyi qərara aldım. Müvafiq dövlət orqanlarından bu məsələni araşdırmağı, vətəndaşın etimadından sui-istifadə edib, aldadan, pulunu mənimsəyən sahibkar və şirkət barədə qanunla tədbir görməyi xahiş edirəm".

Ülfet AlIyevin iddiası ilə bağlı Mahir Alıyevlə əlaqə saxladıq.

Mahir Alıyev ilk olaraq Ülfət Alıyevin iddialarının əsasız olduğunu söyləyib:

"Ülfət Alıyev tərəfindən imzalanan müqavilədəmənzilin 3 il ərzində təhvil veriləcəyi qeyd edilib. O, aylıq 774 manatı ödəmədiyinə görə mənzil ona verilmir".

Qeyd edək ki, Ülfət Alıyevin bizə göndərdiyi müqavilədə mənzilin 3 il ərzində təhvil veriləcəyi qeyd olunmayıb.

"Akasya Park" MMC müştərini ALDATDI: Külli miqdarda pulunu aldı, lakin ev vermədi - FOTO"Akasya Park" MMC müştərini ALDATDI: Külli miqdarda pulunu aldı, lakin ev vermədi - FOTO"Akasya Park" MMC müştərini ALDATDI: Külli miqdarda pulunu aldı, lakin ev vermədi - FOTO"Akasya Park" MMC müştərini ALDATDI: Külli miqdarda pulunu aldı, lakin ev vermədi - FOTOAysel Yusifqızı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi