azia.az
azia.az

Bulvar Seymur Masazırda sakinləri qorxu altında saxlayır-Dayısının adından necə istifadıə edir?

3-09-2023, 09:10

  Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Masazırdakı gölün qurudulmasına və bu ərazinin məişət tullantıları ilə çirklənməsinə niyə göz yumur?.

 Görünür Masazır bələdiyyəsini və İcra nümayəndəliyini də haqqında söhbət açacağımız dırnaqarası iş adamları susdurmağı bacarıblar. Geniş tikinti meydançasını xatırladan bu ərazidə hər yerdə tikinti gedir. Respublika Şəhərsalma, Əmlak, Vergilər nazirliyi və digər aidiyyatı qurumların da deməyə sözü yoxdur. Çünki, çünkisi suallardır.  Gözəgörünməz əllər o qədər qüvvətlidir ki, qəsəbənin ortasında gölün suyu qurudulur, sonra zibil və tullantılarla, torpaqla doldurulur, digər tərəfdə isə evlər tikilir. Görünən mənzərə budur. sözügedən ərazidə yaşayan sakinlər ağır vəziyyətlə bağlı döymədikləri qapı qalmadığını deyirlər.  Keçək redaksiyaya olunan müraciətlərə.

Redaksiyaya Masazır qəsəbəsi Əliağa Vahid küçəsində yaşayan sakinlər şikayət ediblər. Əraziyə yollanan əməkdaşlarımız sakinlərin evinə dolan konalizasiya sularının yaratdığı acınacaqlı durumu lentə alaraq şikayətçilərlə vəziyyət barədə söhbətlər ediblər. Vəziyyətin nə dərəcədə təhlükəli olduğunu çəkilişdən görmək olur. Bildirilir ki, tikintiyə qeyri-rəsmi nəzarət edən Seymur  Zakir Fərəcovun bacısı oğludur. Qeyd edilir ki, bulıvar idarəsinin müdiri Masazırsda yaşayış binası tikir. Kürsülü və hündür mərtəbəli binalar tikən Bulvar idarəsinin müdiri Seymur sakinləri qorxu altında saxlayaraq təhdid edir.

 Sakinlər Zakir Fərəcovun adından istifadə edən Seymurun bu özbaşınalığından Prezidentə və Zakir Fərəcova şikayət edəcəklərini bildirilər. Bulvar Seymur kimi tanınan  Seymurun fəaliyyəti barədə geniş reportaj hazırlanır.(Bu barədə sonra)

“Mən, Ağayev Siyavuş Musa oğlu 71 yaşım var. Masazır qəsəbəsi Əliağa Vahid küçəsi deyilən bu ünvanda bir neçə ay bundan əvvəl yaşayıram. Bura köçən  gündən günümüz qaradır. bizdən qabaqda göldür, indi oranı qurudurlar”-deyərək məlumat verən şikayətçi ailəsinin qorxulu və təhlükəli xəstəlik tapacağı barədə xəbərdarlıq edir.  Seymur və Xəyal adında dırnaqarası iş  adamı bizi boğaza yığıblar. Xəyal isə Seymurun tikintiyə nəzarət edən əsas adamı və pul yığanıdır. 

Digər bir qonşu şikayətçi Süleymanova Hürü Allahyar qızı da  bizə yaxınlaşır. Onlar da vəziyyətin çox çətin olduğunu bildirirlər. Qeyd edirlər ki, burada insan yaşamaz. Ailələrinin qorxulu və ağır şəraitdə yaşadıqlarını deyirlər. Bildirirlər ki, bu adamlarda insanlığa rəhmi yoxdur. Bu ərazidə kim yaşayırsa onlarında günü və şəraiti bizmki kimi ağırdır. Bu insanlıq tragediyasıdır. Bizim gümanımız Müzəffər Prezidentimizdir. İnanırıq ki, Ali baş Komandan bu işbazların əməllərini ifşa edərək cəzalandıracaq. 

Sonda redaksiya olaraq bir məsələni xatırlatmaq istəyirik. Görəsən bulvar Seymurun bu özbaşınalığından Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun və Abşeron rayon icra hakimiyyətinin başçısı Abidin Fərzəliyevin xəbəri varmı, varsa niyə ciddi tədbir görmür. (ardı var)

Azia.az



 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi