Ziya Məmmədovun oğlunun 9.5 milyon AZN-lik şirkəti məhkəməyə verildi
"TRANSQEYT" MMC məhkəməlik olub.
32gun.az-ın məlumatına görə, ŞİRİNOV ELDAR ƏBDÜLRƏHİM OĞLU sözügedən şirkətlə bağlı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edib.
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində Aytən Novruzovanın icraatına verilən məhkəmə işinin mahiyyəti Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələrdir.
Bildirəkki, nizamanmə kapitalı 9586400 Azn olan "TRANSQEYT" MMC-nin qanuni təmsilçisi RÖVŞƏN RZAYEV İBRAHİM OĞLUdur.
Xatırladaq ki, bir vaxtlar Bakının 50 faizdən çox avtobus xətləri "Transqeyt” şirkətinin rəhbərliyi altında işlədilirdi. Hətta vaxt vardı həmin şirkət digər kiçik avtobus sahibkarlarına meydan oxuyur, onlara marşrutlarının hansı istiqamətdən keçib-keçməmələri barədə göstərişlər verirdi.
Mətbuatda gedən məlumatlara görə, 2015-ci ildə "Transqeyt” şirkəti rəsmi olaraq bağlandığını elan edib. Həmçinin mediada gedən məlumatlarda "Transqeyt” şirkətinin adı sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olduğu bildirilib.
Ayxan