azia.az
azia.az

Saleh Məmmədovun dəyəri millyonlarla ölçülən istirahət mərkəzi -Kəlbəcər bu dəfə də "İşğal" altına düşdü

21-08-2023, 07:48

Kəlbəcər növbəti dəfə " İşğal" edildi

Yenixeber.org: Qarabağ azad olunmamışdan əvvəl "Azəravtoyol" ASC-nin bahalı şefi Saleh Məmmədov Göygöl rayonu Aşıqlı kəndinin girişində özünə dəbdəbəli ailəvi istirahət mərkəzi ucaldıb. Dəyəri molyonlara varan məkanı S.Məmmədovun yolkənarı inşa etdirdiyi "SMS" adlı yanacaqdoldurma məntəqəsi də müşaiyət edir.

               Göygöl. Aşıqlar kəndi yaxınlığındakı SMS YDM-si

Saleh Məmmədov sözügedən istirahət mərkəzini sabiq icra başçısı Arif Seyidovun "xeyir-duası" ilə qanunsuz əsaslarla - yəni, təpəlikdə yerləşən hektarlarla kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində qanunsuz olaraq tikdirə bilib. Bunun müqabilində isə, ötən illərdə Göygöl-Aşıqlı yolunun həmin əraziyə düşən hissəsində yol infrastrukturunun abadlaşdırılması və genişləndirilməsi işini özünün (qurumun-O.N) vəsaiti hesabına həyata keçirib.
Məkanda 10-larla müasir tipli kotteclər, böyük otel-əyləncə binası, uşaqlar üçün ayrıca əyləncə mərkəzi, kupe və çardaqlar var. İstirahət mərkəzində təkcə yay mövsümü üçün deyil, qonaqların ilboyu istirahət etmələri üçün fəaliyyət nəzərdə tutulub.

Göygöl. Aşıqlar kəndindəki dəyəri 18 milyon manat olan İstirahət Mərkəzi

Torpaqlarımız azad edilənədək Azərbaycanın hər yerinə səpələnmiş S.Məmmədovun obyektlərinin əksəriyyətini deyilənə görə “yollar kralı” nın ən sədaqətli işçisi olan, məclislərdə onun ayaqqabılarını əmr olmadan cütləyən Çıraqov Nizami adlı birisi idarə edir. Elə sədaqətinə və etibarlığına görə Çıraqov hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Yaşıllaşdırma və Ekologiya İdarəsinin müdiri təyin edilmişdir.
Amma onun rəsmi idarədə görən olmayıb. Budur, işğaldan azad olunmuş Kəlbəcərdə yolların çəkilişi zamanı AAYDA-nın bir çox texnikaları bu bölgəyə cəlb edilsə də, işlərin görülüb qurtarmasına baxmayaraq texnikalar burada dövlət büdcəsi hesabına qalmaqdadır və fiziki və hüquqi şəxslərə icarəyə verilərək pullar qazanılır. Hələ bu harasıdır?

“Yollar kralı” Kəlbəcərin azad olunmasından sonrakı çətin günlərdə bütün yol strukturunu gecə gündüz bilmədən qaydasına qoyan rayon Yol İstismar İdarəsi MMC-nin müdiri olmuş Aqil bəyi özünün Çıraqov Nizami kimi ən yaxın bildiyi Firdövsi ilə əvəz etmişdir.
Əvəzləmənin sirri isə kimsəyə aydın olmasa da, bizə məlum dur ki, on minlərlə mal-qaranın, qoyun quzunun Kəlbəcərdə otarılmasına, geniş arıçılıq təsərrüfatının inkişaf etdirilməsi üçün AAYDA-nın texnikalarından gen-bol istifadə etmək asan olsun. Kimsə etiraz etməsin ki, bəs dövlətin işi qaldı, və s. bəhanələr.
Bəli, indi Çıraqovun başı Kəlbəcərdəki arılara, danalara, öküzlərə, inəklərə, qoyunlara nə qədər qarşısa da Göygöldəki, istirahət mərkəzini də, Aşıqlı kəndindəki, İmişli yolundakı SMS yanacqdoldurma məntəqələrini də əvvəlki kimi olmasa da hesabatlar vaxtı özünü obyektlərə yetirə bilir. Hesab edirik ki, bu adamı 2-ci dərəcəli “Əmək” ordeninin təltif edilməsi üçün AAYDA rəhbərliyi cənab Prezidentə tezliklə təqdimat yazacaqdır. Əvvəlcədən təbrik edirk. (İfade.tv)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi