azia.az
azia.az

İdeal cinsi əlaqə müddəti əslində görün nə qədər olmalı imiş

24-04-2023, 06:53

Cinsi həyat insanın bütün orqanizminə və fəaliyyətinə təsir edən məsələlərdən biridir.

Cinsi əlaqə müddəti nə qədər olmalıdır? Bu sual bir çoxlarını düşündürür.

Bununla əlaqədar 2005-ci ildə “Journal of Sexual Medicine” jurnalında məqalə dərc edilib. Mütəxəssislərin təlimatları ilə cinsi əlaqə dörd kateqoriyaya ayrılıb: adekvat, çox qısa, çox uzun və arzuolunan.

Adekvat cinsi əlaqə 3-7 dəqiqə, çox qısa 1-2 dəqiqə, çox uzun 25-30 dəqiqə, arzu olunan isə 7-13 dəqiqə olaraq hesablanıb.

İnsanların orta hesabla cinsi əlaqə müddətini hesablamaq çətindir. Çünki bu şəxslərə görə dəyişir. Amma ümumi araşdırmalara əsasən, qadın üçün ideal cinsi əlaqə müddəti 12-15 dəqiqə, kişilər üçün isə bu müddət 7-10 dəqiqədir.

Mütəxəssislərin fikrincə, yaş faktoru da bu məsələdə önəmlidir. 2008-ci ildə 18-93 yaş arasında olan 2341 insan üzərində aparılan araşdırma, libidonun yaşla birlikdə azaldığını sübut edib. Bundan başqa, kişilərin qadınlara nisbətən daha tez-tez və güclü cinsi istəyi olduğu bildirilib. Menopoz dövründə qadında bu istək daha çox azalır. Hormon səviyyəsi azalır və cinsi əlaqə zamanı vaginal quruluq, ağrı kimi yan təsirlər də baş verə bilər.

Kişilərin də təxminən 40 faizi 40 yaşına qədər Erektil disfunksiyailə qarşılaşır. 70 yaşa qədər isə bu rəqəm demək olar ki, 70 faizə yüksəlir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi