YUMURTA barədə şok məlumatlar - VİDEO
Soyutma yumurta bizimçün o qədər sadələşib ki, onun hazırlanma texnikasına əməl edib-etmədiyimizi heç düşünmürük də. Amma unutmaq lazım deyil ki, düzgün qaydada bişirilməyən yumurta, nəinki, tərkibindəki faydalı maddələri itirə bilər, əksinə, orqanizmə mənfi təsir göstərər.
Soyutma yumurtanı düzgün şəkildə necə hazırlamaq olar?
Mağazada yumurta seçərkən diqqətli olmaq lazımdır. Yumurtanın səthi təmiz, hamar və zədəsiz olmalıdır. Hər bir yumurtada istehsal tarixini və istifadə müddətini göstərən möhür var. Pəhriz və süfrə yumurtaları eyni növdürlər. Yeganə fərq onların “yaşındadır”. Yumurtalar ölçü və çəkilərinə görə, bir-birinə uyğun olmalıdırlar, kəskin fərqlənməməlidirlər. Bundan əlavə, yumurtanın istehsalçısına, istehsal tarixinə və saxlanma şəraitnə də diqqət yetirilməlidir. Bişirməzdən əvvəl yumurtanı soyuducudan çıxardıb bir müddət otaq temperaturunda saxlamaq tövsiyə edilir. Yumurtanın hərtərəfli bişməsi üçün, əvvəlcədən, yumutanı masanın üstündə ya yuvarlayın, ya da silkələyin. Yumurtanı bişirmək üçün onu qaynar, duzlu suya salmaq lazımdır. İlıq olması üçün 3-4 dəq, tam bişməsi üçün isə 7-8 dəq qaynatmaq lazımdır. Əgər yumşaq olmasını istəyirsinizsə, 5 dəq yetərlidr.
Soyutma yumurtanı qaynar sudan çıxaran kimi soyuq suya salın və prosesi bir neçə dəfə təkrar edin ki, yumurta tam soyusun. Minimum 15 dəqiqə yumurtanın soyumasını gözləyin. Axan soyuq suyun altında yumurtanı soymaq daha rahat olar.
Bəs hər gün səhər acqarına soyutma yumurta yemək olarmı?
Belə bir düşüncə var ki, daim soyutma yumurta yemək ürək-damar sisteminə mənfi təsir göstərir. Çünki tərkibində xolesterinin miqdarı çoxdur. Amma bu nəzəriyyəni sübut eləmək, hələ ki, mümkün olmayıb. Hər gün acqarına 3 soyutma yumurta yeyənlər üzərində aparılan elmi araşdırmada nəzəriyyəni təsdiq edəcək qədər xolesterin artışı müşahidə edilməyib. Normalda gün ərzində 2 yumurta yemək uyğundur. Təkcə ağ hissəsini yeyirsinizsə yumurtanın sayını artıra bilərsiniz.
Sağlamlığa xidmət edən resept:
Soyutma yumurta zəngin zülal mənbəyidir: 100 qramında 13 qr protein var. Bu da orqanizmin inkişafına, sümüklərin möhkəmlənməsinə, xəsarət və zədələrin tez sağalmasına, baş beyinin işinin yaxşılaşmasına səbəb olur. Tərkibindəki zəngin elementlər sayəsində soyutma yumurta soyuqdəyməni aradan qaldırmaq qabiliyyətinə də malikdir. Həmçinin, orqanizmin qələvi və turşu balansını qoruyur. Doyurucu qida sayılan soyutma yumurta əvəzolunmaz enerji mənbəyidir.
Çiy yumurta yemək zədələnmiş səs tellərinin bərpasını sürətləndirir. Yumurta sinir sisteminin və ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır. Tərkibindəki komponentlər yumurtanı xərçənglə mübarizədə effektiv edir.
Pankreatit zamanı. Yumurta zülalı insan zülalına olduqca yaxındır. Buna görə də, o, orqanizm tərəfindən asan mənimsənilir və soyuqlamış pankreası gücə salmır. Xroniki və ya ağırlaşan pankreatit zamanı soyutma yumurta yemək tövsiyə edilir. Həftədə 4 dəfə, hər dəfə də 1 dənədən artıq olmamaq şərtilə soyutma yumurta yemək pankreatitin sağalmasına kömək edir. Yaxşı olar ki, soyutma yumurtanı bərk, yaxud yumşaq halda yeyəsiniz.
Qaraciyərdə problemlər varsa. Qaraciyər xəstəliklərində yumurtadan istifadə etmək istəyirsinizsə, mütləq, hepatoloqla məsləhətləşin. Yumurta qaraciyərin toksinlərdən təmizlənməsini təmin edir. Həmçinin, orqana lazım olan amin turşuları ilə zəngindir. Xüsusilə, serroz zamanı qaraciyər ammonyakı emal edə bilmədiyindən zülallı qidalar əks təsir göstərə bilir. Alkoqol serrozu zamanı qanda zülalın səviyyəsi aşağı düşür. Buna görə də, orqanizm zülalla zəngin qidalara ehtiyac duyur.
Xolesistit zamanı. Xolesistitdən əziyyət çəkən insanlar zülalla zəngin qidaları rasionundan çıxarmalıdırlar. Toyuq yumurtasının tərkibindəki zülallar ödü daha çox ferment istehsal etməyə məcbur edir. Bu da xəstə ödü gücə salır. Ona görə də, mütəxəssislər xolesistit zamanı həftədə 3 dəfə yumurtanın sarısını yeməyi məsləhət görür.