azia.az
azia.az

Separatçıların nəfəsliyi bağlanır, Qarabağda antiterror əməliyyatı başlaya bilər

18-06-2022, 16:10


Ermənilərdən Bakının səbrini daşıran hədə və davranışlar; Ali Baş Komandanın bircə əmri yetər ki...
“Ermənistan hökuməti İkinci Qarabağ müharibəsindən dərs çıxarmalı və Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev srağagün IX Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.
Separatçıların nəfəsliyi bağlanır, Qarabağda antiterror əməliyyatı başlaya bilər
Prezident həmçinin vurğulayıb ki, Ermənistan hələ də Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır və Azərbaycanı onun ərazi bütövlüyünə qarşı analoji addımlar atmağa vadar edir. “Ermənistan bizim ərazi bütövlüyümüzü şübhə altına almaqda davam edərsə Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü şübhə altına almaqdan başqa çıxış yolu qalmayacaq”, - dövlət başçısı aydın şəkildə xəbərdarlıq edib.

Əfsus ki, kapitulyant ölkədə 44 günlük müharibədən düzgün dərs çıraxarmayanlar kifayət qədər çoxdur. Bu da növbəti fakt.

Qonşu ölkənin informasiya qaynaqlarının məlumatına əsasən, Ermənistanda revanşistlər Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinə qarşı təxribat hazırlayırlar. Mümkün təxribatlar “Azadlıq hərəkatı” adlanan radikal-daşnaklar tərəfindən planlaşdırılıb.

Hərəkatın həmtəsisçisi Nairi Oxikyan bu xüsusda deyib ki, hazırda onların üzvləri Laçının “müdafiəsində” fəal iştirak edir. “Bildiyiniz kimi, Nikol Paşinyan iyulun 1-də Laçını Azərbaycana təhvil verməyi planlaşdırır. ”Azadlıq Hərəkatı" indi bunun qarşısını almaq üçün fəal mübarizə aparır", - Oxikyan bildirib.

O, “bunun qarşısını necə alacaqsınız” sualına “icazə verin, bu haqda detallı danışmayım” cavabını verib. Oxikyanın sözlərinə görə, onlar müxtəlif aksiyaların təşkili, hüquqi və siyasi addımların həyata keçirilməsi yolu ilə Laçının təhvil verilməsini müəyyən müddətə təxirə salmağı düşünürlər: “İndi biz konkret addımlar atır, müxtəlif danışıqlar aparırıq”.

Yada salaq ki, 10 noyabr 2020-ci il tarixli kapitulyasiya aktına əsasən (6-cı bənd) Laçın dəhlizinin alternativ marşrutu 3 il ərzində hazırlanmalı, bundan sonra dəhlizin keçdiyi şəhərin mərkəzi də Azərbaycanın nəzarətinə keçməlidir. Azərbaycan tərəfi alternativ marşrutu iki ilə inşa etməyi planlaşdırır. Yeni marşrut iyulun 1-də, yaxud bu ilin sonuna kimi istifadəyə verilə bilər. Bunun ardınca Laçının mərkəzi və Laçın yolunun keçdiyi ərazilər Azərbaycana təhvil veriləcək. Şəhərdə və dəhliz boyunca yerləşən ərazilərdə yaşayan ermənilər də ərazini tərk etməli olacaq.

Erməni revanşistləri və ya Nikol Paşinyan uzaqgörən olmasza ANALİTİK+AKTUAL

Bu da erməni radikal-revanşistləri bərk narahat edir. Görünür keçən il (13 noyabr 2021) Şuşa yaxınlığında hərbçilərimizə qarşı terror aktı törədən Norayr Mirzəyanın cəzasız qalması onların murdar ağızlarında şirə saxlayıb...

Əvvəla, Paşinyan hökuməti Azərbaycanla gerçəkdən sülh istəyində səmimidirsə, erməni radikal ünsürlərə vaxtında yiyə durmalı, onların cilovunu yığmalıdır. Əks halda, Bakı nə edəcəyini bilir. Bu dəfə şəkk-şübhəsiz, cavabımız çox ağrılı, çevik və artıqlaması ilə olacaq. Diversantlar doğulduqlarına belə peşman ediləcək və göz qırpımında zərərsizləşdiriləcəklər. Azca bəxti gətirənlər isə Bakı həbsxanalarında diversant qardaşlarının sayını artıracaqlar.

Bu qəbildən təxribat və hədələr sözsüz ki, qanunsuz silahlı quldur dəstələrinin qaldığı Qarabağda antiterror əməliyyatını da qaçılmaza çevirə bilər. Çünki radikalların təxribat törətmək istədikləri Laçın ərazisi Rusiya “sülhməramlı” kontingentin müvəqqəti nəzarətində olan torpaqlarımızdır. Təbii ki, fakt qarşısında qalan “sülhməramlı” kontingentin rəhbərliyi ilə razılaşdırılaraq.

Bütün bunlar isə olmaya da bilər, əgər rəsmi İrəvan sülh anlaşmasını uzatmağın mənasızlığını anlasa, bunun onun ölkəsi üçün hansı ağır fəsadlara gətirəcəyini dərk eləsə, götürdüyü bütün öhdəlikləri yerinə yetirsə. O sırada rəsmi İrəvan Zəngəzur dəhlizi məsələsində hazırkı astagəlliyinə davam edərsə, onda Laçın dəhlizi bağlana da bilər. Səbəb sadə: Prezidentin IX Bakı Forumunun açılışında vurğuladığı kimi, Laçın yolu Zəngəzur dəhlizinin işləməsi ilə paralel nəzərdə tutulub. Biz isə ilyarımdır erməni tərəfinə birtərəfli güzəştə gedib gözləməkdəyik. Nə vaxtadək? Üstəgəl, Laçına qarşı təxribat hazırlıqları haqda xəbərlər gəlirsə...

“Hazırda Qarabağda Azərbaycan Ordusunun antiterror əməliyyatları üçün çox əlverişli zamandır. İpə-sapa yatmayan separatçı quldur dəstələrinə dərs verməyin vaxtı çatıb. Üstəlik, Rusiya hələ uzun müddət Ukrayna bataqlığından başını çıxara bilməyəcək və şimal qonşumuz müharibədən zəif və taqətdən düşmüş halda çıxacaq”.

Hər şey qaydasındadır, yaxşıyam" -

Qabil Hüseynli

“Yeni Müsavat”ın məlumatına görə, bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq daha sonra erməni tərəfdə Azərbaycana qarşı radikal çağırışların gücləndiyinə diqqət çəkərək bildirib: “Erməni revanşistlər deyirlər ki, Şuşanı da, Hadrutu da ”geri qaytaracağıq". Bu cür təhrikçi şüarlarla Azərbaycanı daha sərt addımlar atmağa vadar edirlər".

Hüseynli həm dağ-komando qoşunlarımızın və xüsusi təyinatlılarımızın, həm də desant qoşunlarımızın Xankəndi ətrafını üzük qaşı kimi mühasirəyə aldığına diqqət çəkərək deyib: “Ali Baş Komandanımızın bircə əmri yetərlidir ki, bu ərazilərdə antiterror əməliyyatlarına başlanılsın. Bu əməliyyatın keçirilməsi üçün ilk olaraq ruslarla danışmaq lazımdır. Ən azından Qarabağda müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlılarla danışıqlar aparmaq lazım gələcək. Azərbaycan Ordusu separatçı quldurlara qarşı əməliyyatlar apararkən ruslara qarşı hər hansı pis niyyət nümayiş etdirməyəcək. Onların sakitliyi, özlərini normal aparmaları yetər ki, bu əməliyyatlar qısa və sürətli bir formada bizim tərəfimizdən uğurla gerçəkləşdirilsin”.

Politoloq əmindir ki, Ermənistanda və Qarabağın dağlıq hissəsindəki bəzi qüvvələr sülhyaratma prosesinə əngəllər yaratmağa başlayıblar.

Ancaq sirkə nə qədər tünd olsa, öz qabını sındırar. “Dəmir yumruq” saz vəziyyətdə, komadolarımızn nəfəsi erməni quldurlarının başlarının arxasında. Bircə, əmr qalır...

Siyasət şöbəsi,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi