azia.az
azia.az

Məmur və oliqarxlar pullarını təcili Azərbaycandan çıxarır: Çünki...

11-06-2022, 08:35

Məmur və oliqarxlar pullarını təcili Azərbaycandan çıxarır: Çünki...
Bu ilin I rübündə Azərbaycandan kapital axını 1 195,6 milyon dollar təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Xatırladaq ki, ötən ilin eyni dövründə əks proses baş verib - ölkəyə 14,4 milyon dollar kapital axını qeydə alınıb. Qeyd edək ki, Azərbaycandan xarici ölkələrə kapital axınında iştirakçı olanlarla bağlı əsasən, müxtəlif vəzifələrdə çalışan şəxslərin adları hallanır. Hətta bir müddət öncə onların London banklarında külli miqdarda vəsaitinin olduğu qeyd edilirdi.

Maraqlıdır, Azərbaycandan 3 ayda 1 milyard dolları kimlər və niyə çıxarıb?

İqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, Azərbaycandan milyard dolları müxtəlif şəxslər çıxara bilər:


“Buna səbəb ilk növbədə daşınmaz əmlakın alışı ola bilər. Burada vacib deyil ki, çox varlı insanlar olsun. Məsələn, Türkiyədə, Şərqi Avropada, hətta Qərbi Avropanın bəzi ölkələrində 200 min manat məbləğində mənzil almaq olar. Bizdə elə adamlar var ki, burada evini satıb gedib başqa ölkədə ala bilər. Bu, heç də vacib deyil ki, varlı, məmur olsun, adi insanlar da ola bilər. İkincisi, Azərbaycanda olan sahibkarlar ola bilər. Xaricdə biznesə pul qoyur və orada sahibkarlıqla məşğul olurlar. Ancaq bu, həm daşınmaz əmlakın alınması, həm də xaricdəki bizneslə bağlı olar”.

Ekspertin fikrincə, bu, həm də korrupsiyadan qazanılan pul ola bilər ki, burada məmurlar istisna deyil:

“Bu da onunla bağlıdır ki, Azərbaycanda investisiya, biznes mühiti, məhkəmə-hüquq sisteminin vəziyyətində müsbətə doğru addımlar atılmır. Azərbaycanda daşınmaz əmlakın qiyməti düşməkdədir və bunun da əyani sübutu odur ki, kimsə banklardan kredit götürüb girov qoyub, o girovu sata bilmir. Yəni qiymətlər düşüb”.
Məmur və oliqarxlar pullarını təcili Azərbaycandan çıxarır: Çünki...
Ekspert deyir ki, ölkədə sahibkarlıqla məşğul olmaq mümkün deyil:

“Çünki Azərbaycanda sahibkar hüquqları qorunmur. Məhkəmələr özbaşnalıq edir. Buna görə də insanlar pulunu xarici ölkələrə yatırır. Fərqi yoxdur ki, vəsaiti öz halal zəhməti ilə qazanmış adamdır, yaxud da oğrudur, oliaqarxdır, rüşvətxordur. O da pulu çıxarır, çünki perspektiv görmür. Azərbaycanda təcili addımlar atılmalıdır və eyni zamanda maliyyə amnistiyası elan olunmalıdır. Çünki yalnız maliyyə amnistiyası yolu ilə oğurluq pulun ölkədən çıxarılmasının qarşısısı alına bilər, bu pul öz ölkəmizə yatırılar. Kim ki, oğurluq edir, çalışır pulu ölkədən çıxartsın. Qorxur ki, burada onun əlindən ala bilərlər”.

Nigar Abdullayeva


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi