azia.az
azia.az

Kürəkəni 4 nəfəri öldürən “Qurtuluş 93”ün sahibi cərimələndi

7-06-2022, 09:02


“Qurtuluş 93 Yaşayış Kompleksi” MMC-yə cərimə protokolu yazılıb.

Kürəkəni 4 nəfəri öldürən “Qurtuluş 93”ün sahibi cərimələndi

Məlumata görə, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 469.2-ci (İcbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə inzibati protokol tərtib edilib.





Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.



İş hakim Vaqif Həsənovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.





Qeyd: “Qurtuluş 93” “Qurtuluş 93 Yaşayış Kompleksi”nin sahibi Məhərrəm Novruzovun kürəkəni Elşad Kəlbəliyev 14 iyun 2021-ci il tarixdə saat 00:20 radələrində sərxoş halda özünə məxsus “Land Rover” markalı avtomobillə 90/km/saat sürətlə Binəqədi-Novxanı yolu ilə hərəkətdə olarkən Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobil ilə toqquşub. Nəticədə ehtiyatsızlıqdan “Daewoo Damas”ın sürücüsü M.Ziyadov, sərnişinləri - Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov ölüb. Eyni zamanda, hadisə zamanı “Daewoo Damas” markalı avtomobil yarasız vəziyyətə düşüb və nəqliyyat vasitəsinə 7 000 manat məbləğində maddi ziyan vurulub.





Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə E.Kəlbəliyev 9 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra məhkum bu hökmlə razılaşmayıb və apellyasiya şikayəti verib. Hazırda şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.



Xatırlatma: E.Kəlbəliyev “Qurtuluş 93”də satış müdiri vəzifəsində çalışıb və “Əlincə” futbol klubunun prezidenti olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi