azia.az
azia.az

İntim sirlərinə görə ərini öldürdü – Bakıda biznes-ledinin ŞOK CİNAYƏTİ

30-05-2022, 10:59

İntim sirlərinə görə ərini öldürdü – Bakıda biznes-ledinin ŞOK CİNAYƏTİ
2019-cu il iyulun 7-də paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsindəki evlərdən birində Araz Sofiyevin qətlə yetirilməsi, xanımı Rənanın isə yaralanması barədə polisə məlumat daxil olur. Dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək əraziyə baxış keçiriblər. Hadisə zamanı xəsarət alan Rəna Sofiyeva ilkin izahatında göstərib ki, maskada olan 2 nəfər evlərinə basqın edib. Onlar həyat yoldaşını qətlə yetiriblər, özünə isə xəsarət yetirərək, evdən 4850 dollar və mobil telefonları ələ keçiriblər.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə uzun müddət araşdırma aparılsa da, heç kimi məsuliyyətə cəlb etmək mümkün olmayıb. Mərhumun atası hadisədə gəlinindən şübhələnib.
İntim sirlərinə görə ərini öldürdü – Bakıda biznes-ledinin ŞOK CİNAYƏTİ
Həmçinin, R. Sofiyeva da prokurorluğa izahatında yalan ifadə verib. Hadisədən 7 ay sonra o, şübhəli qismində saxlanılıb.

Lent.az dəhşətli qətl hadisəsinin istintaq materiallarını əldə edib

İstintaqla müəyyən edilib ki, Araz Sofiyev 2019-cu ilin mart ayında 2003-cü ildən rəsmi nikahda olduğu Rəna Sofiyevanın ailəvi tanışları Mehman Xəlilovla intim münasibətdə olduğunu bilib. Yoldaşının bu barədə valideynlərinə məlumat verib boşanacağını bəyan etməsindən sonra, qadın anası və qardaşlarının yanında rüsvay olmasının qarşısını almaq üçün onu qətlə yetirmək qərarına gəlib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi